• şənbə, 20 Aprel, 10:45
  • Baku Bakı 14°C

Bu dövlət qurumlarında çalışan işçilərin də maaşları artırıldı

13.08.19 15:21 5581
Bu dövlət qurumlarında çalışan işçilərin də maaşları artırıldı
Azərbaycanın Baş naziri Novruz Məmmədov "Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşları haqqında” qərara dəyişiklik edib.
Trend-in məlumatına görə, dəyişiklik "Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əməkhaqlarının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019- cu il 18 iyun tarixli Sərəncamının 2.2-ci bəndinin icrasını təmin etmək məqsədilə edilib.
Dəyişikliyə əsasən, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzinin Aparatı, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi işçilərinin aylıq vəzifə maaşları artırılıb.

banner

Oxşar Xəbərlər