Bu dünyanın qara daşı göyərdi...
Onun qələmindən çıxan misralar arı pətəyindən
süzülən bal kimi şirin, ürəyəyatımlıdır. Yəqin ki, bu, şairin təbiətə, ağaca,
ota, quşa, çiçəyə və ən başlıcası, insanlara sevgisindən doğur. Şeirləri
pafosdan uzaqdır. Onun əsərlərində haqqa sevgi, gələcəyə inam, ilkinliyə və
saflaşmağa çağırış güclüdür.
...Bu dünya ayrılıqdı,
Ayrılıq başdan-başa.
Çox güman ki, Musa müəllim bu şeiri də payızda yazıb.
"Bu payızın dərdi götürüb məni" şeiri daha kövrək hisslərin məhsuludur. Adam həmin şeiri oxuyanda bir yerdə rahatlıq tapa bilmir. Ümumiyyətlə, payız mövzusunda şeirlərinin hərəsi bir təbiət qalereyasıdır. Özü də ötən il payıza yazdığı şeirlə bu il yazdığı başqa-başqa çalardadır. Bu şeirləri oxuyanda adam dəyişir, təmizlənir, həlimləşir. Bu məqamla bağlı Musa müəllim deyir ki, əgər yaşadığımız payızlarda eyni duyğuları, eyni hissləri yaşasaydıq, onda şeirlər də bir-birinə bənzəyərdi.
Bu payızın dərdi götürüb məni.
Nə qədər hicranlar var bu dünyada,
Payızın ən həzin çağı olanda,
Kimsə bu payızla tənha qalanda
O hicranlı təklər necə dözəcək?
O solan sevgilər, insan ağaclar,
O insan çiçəklər necə dözəcək –
Bu payızın dərdi götürüb məni.
"Mənim taleyimə, nədənsə, payız düşüb". Musa müəllim söhbətlərində bu fikri dönə-dönə təkrar edib.
Bəlkə payızda atasını itirdiyinə görə payızla barışa bilmir: "Mən 9 yaşım olanda atam dünyasını dəyişib. Onda payızın da ilk qarı düşmüşdü, yaman soyuq idi. Çıxdım balkona, gördüm anam ağlaya-ağlaya deyir ki, ay Allah, mən bu körpələri necə saxlayacağam, necə edəcəyəm?.. Bəlkə də, məni ata həsrəti ayıltdı. Anama kömək eləməyə çalışdım, dərslərimi yaxşı oxuyub onu sevindirdim. O yaşda bəzən soyuqda kürəyimdə dən, qonşu kəndə dəyirmana gedib qayıtdım. Həyat məni yetişdirdi...
Payızın hökmüylə əsdi bir külək,
Bir yaşıl səltənət çovğuna düşdü.
Ağaclar bir yaşda qocaldı demək,
Bir yarpaq nəsli də qırğına düşdü.
Aldı verdiyini geriyə torpaq,
Qazancı nə oldu bağın, bağçanın.
Bir yarpaq boy atdı körpə bir uşaq,
Ömründən bir yarpaq düşdü qocanın...
Özü dediyi kimi, o, ata sevgisini doyunca dada bilməyib. Ancaq anası min zillətlə Musa müəllim üçün lazım olan hər şeyi edib. Sonra ömür-gün yoldaşı onun hər nazını çəkib, anasından yarımçıq qalmış qayğını ondan əsirgəməyib. Şair bu barədə danışanda kövrəlir: "Çox qəribədir, indi yuxularıma çox vaxt anamla ömür-gün yoldaşım qoşa gəlirlər. Ömür yoldaşımla qırx altı il birlikdə yaşamışıq. Nigarançılıq, qayğılar içində keçdi ömrümüz..."
Şair Musa Yaqub boy atıb böyüdüyü torpağa, o torpağın insanlarına, quşlarına, dağına, çayına, bulağına vəfa borcunu heç vaxt unutmayıb. Və bu borcu gözəl əsərləri ilə verməyə çalışıb. Bu şeirlərdə Musa Yaqub dağla da, quşla da, bulaqla da, böyürtkən kolu ilə də dost kimi danışır, hal-əhval tutur. O, təbiəti təkcə sevmir, həm də qoruyur, Tanrının torpağımıza bəxş etdiyi gözəlliklərə yara vuranlara qarşı mübarizə aparır.
Əvvəl budaq-budaq suda uyuyan,
Sonra çarxı dönüb, arxı quruyan
Bir yağışa həsrət söyüdlər kimi,
Eləmədiklərim yandırar məni.
Özümə verdiyim öyüdlər kimi,
Eləmədiklərim yandırar məni...
Cavabı bu oldu ki, onu açıb demək çətindir. Bu şeirin içində sevgi də var, zamanla yaşanan gileylər də...
Bu günlərdə qohumum Vidadi Mirkamal Musa müəllimlə görüşmək üçün Buynuza getmişdi. Gələndən sonra Musa müəllimdən xeyli danışdı. Vidadi müəllim dedi ki, həyətdə gəzəndə öz əli ilə əkdiyi güllərə, ağaclara diqqətlə baxır, yenə meşədən, bulaqdan danışırdı. Arada zarafatla dedi ki, daim meşələrdən, ağaclardan yazdım, onlardan mən qalan bu əl ağacı oldu.
Çöldə bərk yağış yağırdı. Buna görə də soruşdum ki, Musa müəllim, yağışı çox sevirsiniz?
– Vaxtında yağan yağışı sevirəm, – dedi.
Yadıma onun yağışa həsr etdiyi şeirindən bu bəndlər düşdü:
Vaxt varikən buludum
Su vermədi bir udum.
Nə sərim, nə qurudum,
Bu yağışı neylərəm.
Bir bayatı ağıdan
Sinəm güldü yanğıdan.
Payızımda ağladan –
Bu yağışı neylərəm.
Nazilib ömrüm, yaşım
Aşınıb aşım-aşım.
Göyərməz qara daşım
Bu yağışı neylərəm...
İş yoldaşlarım ona sualı sual dalınca verirdilər. Musa müəllim də həvəslə cavablandırırdı. Hərdən də cavab əvəzinə səmimiyyət dolu gözəl misralarını dilə gətirirdi... Bir anda mənə elə gəldi ki, indi Musa Yaqub təbiətin qoynundadır. Ağaclar çiçək yağışında çimirlər, arılar şirə toplayırlar. Bir vaxt ocaq qalanmış yerdə otlar yamyaşıldır, yenə bulaqlar nəğmə oxuyur, leyləklər payızdan boş qalmış çöp yuvalarına qayıdırlar, baharın bu gözəlliyindən, hərarətindən yol kənarındakı qara daş da göyərir...
Səməd Məlikzadə
Musa Yaqub yaradıcılığı ilə şəxsiyyəti
eyniyyət, bütövlük təşkil edən sənətkardır. Onu sevdirən amil çoxdur, amma ən
mühümlərindin biri odur ki, yazdığı da özünə oxşayır, yazdıqları da özü kimi
sadədir, səmimidir, olduğu kimidir. Musa Yaqub xoşbəxt şairdir. Hər şairin
unudulmaq qorxusu var, amma mən bir oxucu kimi bu qənaətdəyəm ki, son illərdə
yazdığı yetkin, son dərəcə səmimi və dürüst şeirləri ilə Musa Yaqub o qorxu səddini
aşdığına özünü də, oxucusunu da inandıra bilib. Onun şeirləri xalqın könlündə
əks-səda verir, yaddaşında yaşayır.
Musa müəllimlə sonuncu söhbətimiz payızda
olmuşdu. O görüşdə ən çox payızdan danışmışdıq. İndi isə baharın çağlayan
çağıdır. Dünya yenidən pərvəriş tapır. Amma mən hər dəfə Musa müəllimi görəndə
elə bil payızı yenidən yaşayıram. Bilmirəm, bu, onun taleyi ilə bağlıdır,
yoxsa, payız mövzusunda yazdığı şeirlərinin gücündən irəli gəlir. Musa müəllim
deyir ki, payız çox gözəl fəsildir, insanı düşünməyə, dəyişməyə vadar edir.
Dünyanın hər üzünü fikirləşirsən, dağı arana, aranı dağa daşıyırsan, bir daha
bu dünyanın faniliyini yəqin edirsən. Ancaq payız payıza oxşamaz, "düzdü,
min-min belə payız gələcək, amma heç bu payız qayıtmayacaq. Bir sözlə, hər il
payız gəlir, amma heç biri əvvəlki payıza bənzəmir. Oxşasa belə, o payız deyil".
Onun payız şeirlərində sanki qərib durnanın
səsi, qürbətdə yaşayan, gözü yollarda olan insanın həsrəti, pıçıltısı var...
Şeirlərinin birində belə bir qoşa misra var: ...Bu dünya ayrılıqdı,
Ayrılıq başdan-başa.
Çox güman ki, Musa müəllim bu şeiri də payızda yazıb.
"Bu payızın dərdi götürüb məni" şeiri daha kövrək hisslərin məhsuludur. Adam həmin şeiri oxuyanda bir yerdə rahatlıq tapa bilmir. Ümumiyyətlə, payız mövzusunda şeirlərinin hərəsi bir təbiət qalereyasıdır. Özü də ötən il payıza yazdığı şeirlə bu il yazdığı başqa-başqa çalardadır. Bu şeirləri oxuyanda adam dəyişir, təmizlənir, həlimləşir. Bu məqamla bağlı Musa müəllim deyir ki, əgər yaşadığımız payızlarda eyni duyğuları, eyni hissləri yaşasaydıq, onda şeirlər də bir-birinə bənzəyərdi.
Bu payızın dərdi götürüb məni.
Nə qədər hicranlar var bu dünyada,
Payızın ən həzin çağı olanda,
Kimsə bu payızla tənha qalanda
O hicranlı təklər necə dözəcək?
O solan sevgilər, insan ağaclar,
O insan çiçəklər necə dözəcək –
Bu payızın dərdi götürüb məni.
"Mənim taleyimə, nədənsə, payız düşüb". Musa müəllim söhbətlərində bu fikri dönə-dönə təkrar edib.
Bəlkə payızda atasını itirdiyinə görə payızla barışa bilmir: "Mən 9 yaşım olanda atam dünyasını dəyişib. Onda payızın da ilk qarı düşmüşdü, yaman soyuq idi. Çıxdım balkona, gördüm anam ağlaya-ağlaya deyir ki, ay Allah, mən bu körpələri necə saxlayacağam, necə edəcəyəm?.. Bəlkə də, məni ata həsrəti ayıltdı. Anama kömək eləməyə çalışdım, dərslərimi yaxşı oxuyub onu sevindirdim. O yaşda bəzən soyuqda kürəyimdə dən, qonşu kəndə dəyirmana gedib qayıtdım. Həyat məni yetişdirdi...
Mənim şair olmağımda təbii ki,
atasız böyüməyim böyük rol oynayıb. Bütün yük belimdə olanda, ata həsrətini çox
çəkmişəm. Bilirsiniz, şeirin yaranması üçün, belə demək olarsa, bir söykəndiyin
yer olmalıdır. O həsrət olmasa, şeir yaranmaz".
Payızın hökmüylə əsdi bir külək,
Bir yaşıl səltənət çovğuna düşdü.
Ağaclar bir yaşda qocaldı demək,
Bir yarpaq nəsli də qırğına düşdü.
Aldı verdiyini geriyə torpaq,
Qazancı nə oldu bağın, bağçanın.
Bir yarpaq boy atdı körpə bir uşaq,
Ömründən bir yarpaq düşdü qocanın...
Özü dediyi kimi, o, ata sevgisini doyunca dada bilməyib. Ancaq anası min zillətlə Musa müəllim üçün lazım olan hər şeyi edib. Sonra ömür-gün yoldaşı onun hər nazını çəkib, anasından yarımçıq qalmış qayğını ondan əsirgəməyib. Şair bu barədə danışanda kövrəlir: "Çox qəribədir, indi yuxularıma çox vaxt anamla ömür-gün yoldaşım qoşa gəlirlər. Ömür yoldaşımla qırx altı il birlikdə yaşamışıq. Nigarançılıq, qayğılar içində keçdi ömrümüz..."
Şair Musa Yaqub boy atıb böyüdüyü torpağa, o torpağın insanlarına, quşlarına, dağına, çayına, bulağına vəfa borcunu heç vaxt unutmayıb. Və bu borcu gözəl əsərləri ilə verməyə çalışıb. Bu şeirlərdə Musa Yaqub dağla da, quşla da, bulaqla da, böyürtkən kolu ilə də dost kimi danışır, hal-əhval tutur. O, təbiəti təkcə sevmir, həm də qoruyur, Tanrının torpağımıza bəxş etdiyi gözəlliklərə yara vuranlara qarşı mübarizə aparır.
Tənqidçi, filologiya elmləri doktoru Vaqif
Yusifli onun təbiətlə bağlı poeziyasını belə mənalandırır: "Musa təbiətin
saflığı, müqəddəsliyi ilə təmiz insanlar arasında bir doğmalıq görür. İnsandan
söz açanda onu təbiət kimi saf olmağa çağırır. Bu tipli seirlər onun
poeziyasında insan-təbiət paralelini yaradır, belə məqamlarda insanla təbiət
sanki vəhdət təşkil edir. Əslində onun seirlərində təbiətlə cəmiyyət
qovuşuqdur. Musa təbiətə baxıb cəmiyyət haqqında düşünür, yaxud cəmiyyət
hadisələri haqqında mülahizə yürüdəndə təbiət onun köməyinə gəlir.
"Eləmədiklərim yandırar
məni" şeiri içimdə elə oturub ki, elə bil, mənim yaşadıqlarımdı, mənim
uduzduqlarım, mənim ağrılarımdı. Bir dəfə soruşdum ki, sizi belə narahat edən,
göynədən nədir? Əvvəl budaq-budaq suda uyuyan,
Sonra çarxı dönüb, arxı quruyan
Bir yağışa həsrət söyüdlər kimi,
Eləmədiklərim yandırar məni.
Özümə verdiyim öyüdlər kimi,
Eləmədiklərim yandırar məni...
Cavabı bu oldu ki, onu açıb demək çətindir. Bu şeirin içində sevgi də var, zamanla yaşanan gileylər də...
Bu günlərdə qohumum Vidadi Mirkamal Musa müəllimlə görüşmək üçün Buynuza getmişdi. Gələndən sonra Musa müəllimdən xeyli danışdı. Vidadi müəllim dedi ki, həyətdə gəzəndə öz əli ilə əkdiyi güllərə, ağaclara diqqətlə baxır, yenə meşədən, bulaqdan danışırdı. Arada zarafatla dedi ki, daim meşələrdən, ağaclardan yazdım, onlardan mən qalan bu əl ağacı oldu.
Musa müəllim təbiətin qoynunda bu dünyanın pisliklərini unudur, daha da
durulur, saflaşır. Mənə elə gəlir ki, bu dünyada Musa Yaqubu özünə düşmən
bilən, onun kölgəsini qılınclayan, arxasınca xoşagəlməz söz danışan adam
yoxdur. Bəlkə də var, amma olmamalıdır, o, bu ədavətdən, düşmənçilikdən çox
uzaqdır. Söhbətləşəndə hiss edirsən ki, bu dünyanın pisliklərinə bulaşmayıb.