AZE | RUS | ENG |

“Bu, dəhşətli idi, bir daha “Barselona”ya qayıtmayacağam”

“Bu, dəhşətli idi, bir daha “Barselona”ya qayıtmayacağam”
"Uotford”un yarımmüdafiəçisi Jerar Deulofeu "Barselona”dakı günlərindən danışıb. 
 
Kaspi.az xəbər verir ki, Jerar gənc yaşlarında Messi ilə müqayisə olunmasına da münasibət bildirib. O, belə müqayisənin ona çox pis təsir etdiyini vurğulayıb: 
 
"Gənc yaşda belə müqayisə çox ağır idi. Hətta deyərdim ki, bu, dəhşətli idi. Mətbuat hər gün yazırdı ki, mən yeni Messiyəm. Belə müqayisə gənc oyunçuya çox pis təsir edir, onu güclü təzyiq altında saxlayır. 
 
Mən "Barselona”nın yetirməsiyəm. Ancaq ola bilsin ki, oyun stilim "Real”a və "Mançester Siti”yə daha çox uyğun gəlir. 
 
Bir daha "Barselona”ya qayıtmayacağam. Artıq iki dəfə bunu etmişəm və uğursuz alınıb. Ona görə də, bir daha bu addım atmaq istəmirəm”. 
 
Jerar bu mövsüm Premyer Liqada 3 oyun keçirib və 1 qol vurub. 
 


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN