• cümə, 29 Mart, 10:18
  • Baku Bakı 5°C

Bu dəfə rekord sayda gimnast iştirak edəcək

09.12.14 17:28 1069
Bu dəfə rekord sayda gimnast iştirak edəcək
Dekabrın 11-12-də Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Azərbaycan birinciliyi, Bakı çempionatı, həmçinin ilk dəfə olaraq Bölgələrarası Kubok keçiriləcək.
Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu il yarışlarda rekord sayda – 112 nəfər gimnast iştirak edəcək.
Bu dəfə regionlar xüsusi olaraq sevindirib. Belə ki, yarışlarda Göyçay, Kürdəmir və Qusardan olan gimnastlar da ən yaxşı ad uğrunda mübarizə aparacaqlar.
Yarışlar 1999-2001, 2002-2003, 2002-2006-cı il təvəllüdlü gimnastlar arasında keçiriləcək.
Gimnastlar lent, gürzlər, top və halqa ilə, həmçinin alətsiz çıxış edəcəklər. Yarış iştirakçıları maraqlı çıxış proqramı da hazırlayıblar. Bundan əlavə, gimnastika həvəskarlarını böyük gimnastların iştirakı ilə əyləncəli nümunəvi çıxışlar gözləyir.
Yarışlar saat 09:00-da başlayır.
banner

Oxşar Xəbərlər