“Bu davranış onların nadanlığından xəbər verir”
"Tuluza”nın
prezidenti Olive Sadran "Barselona” rəhbərliyini kəskin tənqid edib.
Kaspi.az xəbər
verir ki, Oliveni narazı salan məqam "Tuluza”nın futbolçusu Jan-Kler Todibo ilə
bağlı yaşananlar olub. Futbolçu "Barselona” ilə müqavilə bağlayıb və yayda bu
kluba keçəcək.
"Barsa” rəhbərliyi
isə keçidlə bağlı indidən məlumat yayıb. "Tuluza” prezidenti isə bunu top-kluba
yaraşmayan hərəkət adlandırıb:
"Onlar özlərini
top-klub kimi aparmadılar. Onlar yalnız yayda baş tutacaq keçid barədə indi məlumat
yaydılar. Kimsə 6 aydan sonra nə olacağı barədə dəqiq nəsə deyə bilər?
Həyat sürprizlərlə
doludur. Üstəlik, xoş olmayan sürprizlərlə də. Bu davranış onların nadanlığından
xəbər verir. Belə hərəkət böyük kluba yaraşmır, hətta onların buna hüququ haqqı
olsa belə”.