• cümə axşamı, 25 aprel, 06:30
  • Baku Bakı 14°C

Bu da YAP-ın 700 mininci üzvü

06.05.16 17:10 871
Bu da YAP-ın 700 mininci üzvü
Bu gün hakim YeniAzərbaycanPartiyasının (YAP) 700 000-ci üzvünə - YAP-ın Nəsimi rayon təşkilatı Gənclər Birliyinin üzvü,AzərbaycanTibb Universitetinin tələbəsi, Prezident təqaüdçüsü Məmmədova Xatun Fərdah qızına partiya vəsiqəsi təqdim edilib.
Trend-in məlumatına görə, vəsiqənin təqdim edilməsi mərasimində çıxış edən YAP sədrinin müavini, icra katibi Əli Əhmədov bu əlamətdar gününHeydər Əliyevin doğum günü ilə təxminən eyni vaxta düşdüyünü xatırladıb.
Heydər Əliyevin doğum günü ilə əlaqədar bir çox tədbirlərin keçirildiyini deyən Ə.Əhmədov bildirib ki, 700 mininci vəsiqənin verilməsi partiyanın sıralarının getdikcə genişləndiyini göstərir: "Bu, Prezidentİlham Əliyevin siyasətinə ehtiramın nəticəsidir. Bu gün Prezidentİlham Əliyevin reytinqinin kifayət qədər yüksək olduğu məlumdur".
banner

Oxşar Xəbərlər