• cümə axşamı, 28 mart, 22:13
  • Baku Bakı 13°C

Bu da Qala Ceyhunun illərdir gizlətdiyi “Sevimli insan”ı – Video

19.06.17 12:48 1438
Bu da Qala Ceyhunun illərdir gizlətdiyi “Sevimli insan”ı – Video
"Qala” qrupunun rəhbəri, müğənni Ceyhun Əliyev "Sevimli insanım” adlı mahnısına klip çəkdirib. Rejissor DeLee-nin ekranlaşdırdığı mahnının söz və musiqisi Ceyhunun özünə məxsusdur. Mahnı və klipdə tərənnüm edilən sevginin gerçək olduğu üzə çıxıb. Belə ki, müğənninin bəhs etdiyi xanım illərdir gizli saxladığı, əslən əcnəbi olan model Angelinadır.
Müğənni bu sevgisini böyük ekrandan hər kəsə nümayiş etdirib. Bu barədə müğənni özü danışıb: "Mahnı elə-belə yazılmayıb. Mahnı və klipdəki ssenari mənə çox şeyi xatırladır. Ürəyimdən keçənləri nəhayət, misralara düzdüm. İstəyirdim mahnını başqa sənət dostum səsləndirsin, amma düşündüm ki, özüm qədər başqası bunu hiss etməyəcək. Ondan gözəl xanımı bu klipə çəkə bilməzdim. Məhz onu çəkdim və böyük kütlənini ixtiyarına verirəm”. Qeyd edək ki, çəkilişlər daha çox dəniz kənarında aparılıb. Sevgilisi ilə kamera önünə keçən Ceyhun bu sevginin qarşılıqlı olduğunu hiss etdirir.
banner

Oxşar Xəbərlər