• cümə axşamı, 25 aprel, 17:36
  • Baku Bakı 23°C

“Bu biabırçılıq Xaqani Məmmədovun gözləri qarşısında baş verdi”

01.10.13 12:56 1454
“Bu biabırçılıq Xaqani Məmmədovun gözləri qarşısında baş verdi”
“Ömrümdə belə hakimlik görməmişdim. Hakim qapımıza ağla sığmayan penalti verdi. Bu biabırçılıq Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovun gözləri qarşısında oldu”. Bunu apasport.az saytına “İnter”in U-17 komandasının baş məşqçisi Vəli Hüseynov deyib.
Dünən U-17 liqasında ilk turun oyunlarına start verilib. Bakıda baş tutan “İnter” – “Qəbələ” görüşündə qonaqlar 4:2 hesabı ilə qalib gəlsə də, oyunun baş hakimi Elməddin İsgəndərov ilk hissənin sonlarına yaxın kobud səhvi ilə yadda qalıb. Belə ki, onun “İnter”in qapısına olmayan penaltini verməsi stadionda narazılıqla qarşılanıb.
Vəli Hüseynov hadisələrin necə baş verdiyini belə açıqladı: “Məğlubiyyətə görə yaxamızı kənara çəkmirik. 0:2 hesabı ilə uduzurduq. Ancaq ilk hissənin sonlarına yaxın hakimin verdiyi penalti bizi tamamilə “sındırdı”. Xaqani Məmmədov tribunadan baxırdı. Ona orda heç nə demədik. Ancaq müəyyən göstərişlərini verdikdən sonra stadionu tərk etdi və ikinci hissəyə qalmadı. Sonradan zəng vurub danışdıq. Dedi ki, araşdırılacaq və günahkar cəzalandırılacaq”.
“İnter” tərəfi haqsız penaltidən sonra meydançanı tərk etmək istəyib. Ancaq AFFA nümayəndəsinin xahişindən sonra komanda fasilədən sonra meydana çıxıb. “Turan”ın sabiq futbolçusu olmuş Hüseynov əvvəl bu faktı danmaq istəsə də, sonradan təsdiqlədi: “Belə bir şey vardı. AFFA nümayəndəsi dedi ki, oyundan çıxmayın. Bütün iradlarınız qeyd olunacaq. Biz də meydana qayıtdıq. Qarşılaşmadan sonra protokola da narazılıqlarımızı qeyd etdik”.
Qeyd edək ki, baş hakim Elməddin İsgəndərov penaltidən başqa, “İnter”in 2 futbolçusunu meydandan qovub.
banner

Oxşar Xəbərlər