• cümə, 19 Aprel, 21:08
  • Baku Bakı 24°C

Bu axşamdan hava şəraiti kəskin dəyişəcək

29.03.14 10:58 1103
Bu axşamdan hava şəraiti kəskin dəyişəcək
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA-ya açıqlamasında deyib ki, havanın temperaturu ötən günlərlə müqayisədə aşağı düşəcək.
Martın 29-dan 30-na keçən gecədən şimal-qərb küləyinin güclənəcəyi, bəzi ərazilərdə şiddətlənəcəyi və temperaturun 10-14 dərəcə aşağı enəcəyi gözlənilir.
Martın 29-da axşam respublikanın bəzi şimal və qərb rayonlarında, 30-da isə əksər rayonlarda hava şəraitinin yağıntılı keçəcəyi, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı ehtimal olunur.
Bu gün səhər saatlarında həm paytaxt, həm də regionlarda dumanlı hava müşahidə olunub. Artıq duman nisbətən çəkilib və günəşli hava müşahidə edilməkdədir.
banner

Oxşar Xəbərlər