Bu avtoqol ona ömrü boyu əzab verəcək - Video
ABŞ yığmasının müdafiəçisi Omar Qonsales DÇ-2018-in seçmə
mərhələsində Trinidad və Tobaqo ilə keçirilən oyunda vurduğu avtoqol barədə
danışıb.
Kaspi.az xəbər verir ki, ABŞ yığması bu oyunda 1:2 hesabı ilə məğlub
olaraq, DÇ-yə vəsiqə qazana bilməyib. Baxmayaraq ki, ABŞ-a bir xal da kifayət
edirdi. Omar Qonsales isə öz qapısına qol vurmaqla yadda qalıb. Müdafiəçi
bildirib ki, bu avtoqol ona daim əzab verəcək:
"Bu avtoqol mənə bütün həyatım boyu əzab verəcək. Hətta nə hiss
etdiyimi izah etmək üçün söz də tapa bilmirəm. Bayram olmalyıdı, ancaq
əvəzində...
Bu, çox qorxuludur. Bütün azarkeşlərimizdən üzr istəyirəm. Onlar bizə
inanırdılar. Biz isə onların ümidlərini doğrulda bilmədik”.