• cümə axşamı, 18 aprel, 06:46
  • Baku Bakı 12°C

"Bu addımlar vətəndaşlarımızın sağlamlığının qorunmasına xidmət edir"

24.03.20 23:19 566
"Bu addımlar vətəndaşlarımızın sağlamlığının qorunmasına xidmət edir"
"Bu gün ölkəmizdə koronavirusun yayılmasının qarşısının alınması istiqamətində həyata keçirilən bütün tədbirlər, atılan addımlar ilk növbədə Azərbaycan vətəndaşının stabilliyi, sağlamlığının qorunması və ümumi cəmiyyətdə stabilliyin təmin olunmasına xidmət edir”. Bu fikirləriSİA-ya açıqlamasında Milli Məclisin deputatı Jalə Əliyeva deyib.
O bildirib ki, koronavirus elə bir infeksiyadır ki, onunla bağlı əvvəlcədən nəsə demək, hesablamaq mümkün deyil: "Dünyada virusun əhatə dairəsi getdikcə artdığına görə, yəqin ki, yaxın vaxtlarda epidemiyanın akvatoriyasının həcmi daha da artacaq. Amma buna baxmayaraq dövlətlər, xüsusilə də Azərbaycan dövləti tərəfindən görülən tədbirlərin həcmi də artır. Bu baxımdan vətəndaşlarımız ayıq-sayıq olmalı, təşvişə düşmədən qaydalara əməl etməlidirlər”.
J.Əliyeva söyləyib ki, görülən bütün tədbirlərin arxasında yalnız amil - vətəndaşı düşünən dövlət dayanır: "Əgər bu gün hər kəs üçün böyük məhdudiyyətlər tətbiq, əhaliyə durmadan çağırışlar edilirsə bütün bunlar yalınız vətəndaşlarımız, vətəndaş cəmiyyəti, ailələrimiz üçündür. Qəbul edilən qərarlar, atılan addımlar vətəndaşlarımız tərəfindən alqışlanır, təqdir edilir. Əminik ki, dövlətin həyata keçirdiyi təxirəsalınmaz tədbirlərə xalqımız adekvat cavab verəcək və biz bu problemi vətəndaşlarımızla birgə, həmrəy olaraq aşa biləcəyik”.
banner

Oxşar Xəbərlər