• çərşənbə axşamı, 16 aprel, 12:38
  • Baku Bakı 19°C

Bu adam 260 milyon dollar uddu!

04.07.14 08:04 935
Bu adam 260 milyon dollar uddu!
"İTAR-TASS”ın verdiyi xəbərə görə, lotereyanın təşkilatçılarının məlumatına əsasən, Roy Kokrum biletinin uduşlu olduğundan xəbər tutduqdan bir neçə həftə sonra uduşun dalınca gəlməyə qərar verib. Onun sözlərinə görə, uduşu götürməyə gəlməzdən əvvəl o məsləhət üçün maliyyə məsələləri üzrə mütəxəssisə müraciət edib.
Hər şeyi götür-qoy etdikdən sonra Roy Kokrum uduşu hissə-hissə yox, birdəfəlik götürməyə qərar verib. Beləliklə, lotereyanın tələblərinə əsasən, uduşun məbləği azalaraq, 153 mln dollar təşkil edib. Qaydalara görə, Kokrum uduşun tam məbləğini yalnız hissə-hissə 30 il ərzində götürməyə razılaşdıqda ala bilərdi.
Roy Kokrumun sözlərinə görə, o uduşun bir hissəsini təsis etmək niyyətində olduğu teatr və rəqs studiyalarına dəstək fonduna yatırmağı planlaşdırır.
Məlumata görə, şanslı amerikalı uduşlu bileti ərzaq dükanında əldə edib. Məlumata görə, dükanın sahibi də artıq 25 min dollar komissiya haqqı alıb./apa/
banner

Oxşar Xəbərlər