• şənbə, 20 Aprel, 18:27
  • Baku Bakı 24°C

“BTQ ilə yük daşınmalarına 6 aydan sonra başlanacaq”

16.03.18 14:50 699
“BTQ ilə yük daşınmalarına 6 aydan sonra başlanacaq”
"Bakı-Tbilisi-Qarsdəmir yolunun yük qatarları ilə tam yüklənməsi işləri təxminən 6 aydan sonra başa çatacaq”.
APA-nın yerli bürosunun məlumatına görə, bunu Gürcüstanın maliyyə naziri Mamuka Baxtadze deyib.
Nazir bildirib ki, yük daşınmaları test rejimində həyata keçirilir: "Cari qrafikə əsasən yük qatarları ilə dəmir yolunun tam yüklənməsindən sonra sərnişin daşınmaları ilə bağlı lazımı işlər həyata keçiriləcək”.
M. Baxtadze qeyd edib ki, BTQ-nin inkişafı üzrə kompleks strategiya var: "Layihənin bir istiqamət üzrə inkişafı kifayət etmir. Buna görə də Anaklia dərin dəniz limanının inşası layihəsi çox vacibdir. Bu layihələrin hər biri Gürcüstanın müasir İpək Yolunun aparıcı ölkəsi olmasına imkan verəcək və bu da ölkəyə çoxlu dividentlər gətirəcək”.
banner

Oxşar Xəbərlər