• cümə axşamı, 28 mart, 19:18
  • Baku Bakı 13°C

BTC ilə 340 mln. tonadək Azərbaycan nefti nəql olunub

20.09.17 09:55 838
BTC ilə 340 mln. tonadək Azərbaycan nefti nəql olunub
"Ölkəmizdə hasil olunan neftin və qazın dünya bazarlarına çıxarılması məqsədi ilə şaxələndirilmiş boru kəmərləri sisteminin yaradılması və müvəffəqiyyətlə istismar olunması Azərbaycan neft sənayesinin şəksiz üstünlüklərindəndir”.
"APA-Economics” xəbər verir ki, bu barədə SOCAR prezidenti Rövnəq Abdullayevin "Azərbaycan” qəzetində dərc olunan məqaləsində bildirilir.
Onun sözlərinə görə, hazırda karbohidrogen ehtiyatlarımız 7 müxtəlif neft və qaz ixrac kəməri vasitəsilə nəql edilir: "Bakı-Novorossiysk, Bakı-Supsa neft kəmərləri ilə birlikdə bütün Avrasiya regionunda unikallığı ilə seçilənBakı-Tbilisi-Ceyhan(BTC) əsas ixrac neft kəməri artıq neçə ildir ki, qlobal enerji təhlükəsizliyinin vacib elementlərindən biri kimi uğurla istismar edilir. İstifadəyə veriləndən indiyə qədər bu kəmər vasitəsi ilə 339,6 mln. ton Azərbaycan nefti nəql olunub. Zaman keçdikcə kəmərin əhəmiyyəti daha da artır. BTC ilə Türkmənistan və Qazaxıstanda hasil olunan neft həcmləri də dünya bazarlarına nəql edilir”.
banner

Oxşar Xəbərlər