BSU-da narkomaniya ilə bağlı tədbir keçirilib
Bakı Slavyan Universitetində (BSU) Azərbaycanşünaslıq
elmi-tədqiqat laboratoriyasının müdiri, dosent Sadir
Məmmədovun "Narkotizmin cəmiyyətdə bəzi təzahürləri və onlara qarşı mübarizə”,
"BMT-nin narkotiklər haqqında konvensiyaları və Azərbaycan Respublikasının
cinayət prosessual qanunvericiliyi”, "Narkotik cinayətkarlıqların təzahürləri və
onlara qarşı mübarizənin problemləri (cinayət- prosessual aspektlər)” adlı
kitablarının müzakirəsi olub.
Tədbiri giriş sözü ilə açan elmi işlər üzrə
prorektor, professor Rafiq Novruzov müzakirəyə çıxarılmış kitabların dövrümüzün
aktual problemindən bəhs etdiyini bildirib və narkomaniyanın cəmiyyətdə ciddi fəsadlar
törətdiyini qeyd edib. Prorektor kitabların müəllifi Sadir Məmmədovun vaxtilə Narkotiklərlə Mübarizə Şöbəsinin rəisi vəzifəsində
çalışdığını və onun qələmə aldığı hər üç əsərin mühüm faktlara söykəndiyini
diqqətə çatdırıb.
Tərbiyə işləri üzrə prorektor, dosent
Xanım Sultanova müəllifin əsərlərinin gənc nəsil üçün mühüm əhəmiyyət kəsb
etdiyini söyləyib. BSU-da narkomaniya əleyhinə mütəmadi olaraq maarifəndirmə
aksiyalarının keçirilidiyini deyən X.Sultanova QİÇS (Qazanılmış İmmun
Çatışmazlığı Sindromu) xəstəliyinin narkomaniya ilə birbaşa bağlı olduğunu
vurğulayıb. O, Azərbaycanda narkomaniya xəstəliyinə tutulan insan
statistikasının digər ölkələrə nisbətdə az olmasını xalqımızınmillixarakteri
və mentaliteti ilə bağlı olduğunu vurğulayıb.
BSU-nun Diplomatiya və xarici siyasət
kafedrasının müdiri, dosent Əsgər Əhməd müəllifin "BMT-nin narkotiklər haqqında konvensiyaları və Azərbaycan
Respublikasının cinayət prosessual qanunvericiliyi” əsəri haqqında daha ətraflı danışıb. Ə.Əhməd belə maarifləndirici
tədbirlərin gənclər üçün əhəmiyyətindən söz açıb və gənclərə hər üç kitabı
oxumağı məsləhət görüb.
Azərbaycan multikulturalizmi
kafedrasının müdiri, dosent Hacı Rauf "Narkotizmin cəmiyyətdə bəzi təzahürləri və onlara
qarşı mübarizə” kitabı əsasında çıxış edib. Hacı Rauf narkotikin mənşəyi,
narkomaniya xəstəliyinin tarixi barədə iştirakçılara məlumat verib. O, ilk dəfə
XVI əsrdə müharibələr zamanı ağır yaralanan insanların ağrılarını azaltmaq məsqədilə
bu maddədən istifadə olunduğunu, sonradan cəmiyyətdə aludəlik yaratdığını diqqətə
çatdırıb. Azərbaycanda narkomaniyaya tutulan inasan statistikasının ötən illərə
nisbətən daha da artdığını deyən H.Rauf gəncləri narkotik kimi zərərli vərdişlərdən
uzaq durmağa səsləyib.
Sonra tərcümə fakültəsinin II kurs tələbələri Aygün Əlizadə və Ramazan
Ramazanov əsərlərlə bağlı öz fikirlərini bölüşüblər.
Tədbirin sonunda dosent Sadir Məmmədov
müəllifi olduğu hər üç əsərlə bağlı söylənilən müsbət fikirlərə görə
çıxışçılara təşəkkür edib. O, 1992-ci
ildə Özbəkistan Respublikası Daxili İşlər Nazirliyində (DİN) Baş Cinayət
Axtarışı İdarəsinin rəis müavini,1993-cü
ildə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində Narkomaniya və
Narkobiznesə qarşı mübarizə İdarəsinin rəis müavini vəzifələrində, 1995-ci ildə
Nəqliyyatda Baş Polis İdarəsində Cinayət Axtarış İdarəsində şöbə rəisi, 2000-ci
ildən isə həmin idarədə Narkotiklərlə Mübarizə Şöbəsinin rəisi vəzifəsində
çalışdığını deyib. Bu
kitablarda öz əksini tapan məsələlərin həmin illərdə qazandığı təcrübələrə əsaslandığını
söyləyib.