BSU-da “Milli-mənəvi dəyərlərimiz və bədii obrazlar” adlı tədbir keçirilib
Bakı Slavyan
Universitetində (BSU) Azərbaycanədəbiyyatı
kafedrası,Azərbaycan
filologiyası və jurnalistika fakültəsi, "Azərbaycan” jurnalınınbirgə təşkilatçılığı ilə İlyas Əfəndiyevin
"Sarıköynəklə Valehin nağılı” romanı əsasında "Milli-mənəvi dəyərlərimiz və bədii
obrazlar” adlı tədbir keçirilib.
Əvvəlcə Azərbaycan filologiyası və jurnalistika
fakültəsinin dekanı, dosent Nuridə Novruzova tədbirin mahiyəti barədə
iştirakçılara ətraflı məlumat verib. N.Novruzova Azərbaycan yazıçılarının əsərlərində
milli-mənəvi dəyərlərin üstün mövqe tutmasından söz açaraq bu yazıçıların
sırasında İlyas Əfəndiyevin xüsusi yeri olduğunu diqqətə çatdırıb. Nuridə
Novruzova qeyd edib ki, tədbirin əsas məqsədi Azərbaycanın qədim adət-ənənələrini,
milli dəyərlərini gənc nəslə aşılamaq, onlarda ədəbiyyata maraq yaratmaqdır. Tədbirin
"Milli-mənəvi dəyərlərimiz və bədii
obrazlar” adı altında keçiriləcək silsilə tədbirlərin birincisi olduğunu deyən
fakültə dekanı belə tədbirlərin davamlı olaraq keçiriləcəyini diqqətə çatdırıb.
Tədbirin təşkilatçılarından
biri olan Azərbaycan ədəbiyyatı kafedrasının dosenti Sədaqət Əsgərova çıxışı
zamanı keçmişdən bəri tarix boyu qorunub saxlanan milli ənənələrimizin gələcək
üçün varis olduğunu qeyd edib. S.Əsgərova bildirib ki, İlyas Əfəndiyevin əsərlərində
xəlqilik prinsipləri, lirik
psixoloji üslub, retrospektiv məqamlar müasir dövrlə yaxından səsləşir. "Sarı köynəklə
Valehin nağılı” romanında milli dəyərləri əks etdirən parçalardan nümunələr gətirən
S.Əsgərova ədəbiyyat və incəsənətlə bağlı yazıçının öz səs yazısı əsasında
hazırlanmış slaydı təqdim edib.
Azərbaycan ədəbiyyatı kafedrasının professoru Rüstəm
Kamal İlyas Əfəndiyevin xalqın içindəki işığı üzə çıxarmağı bacaran nadir
yazıçılardan biri olduğunu diqqətə çatdırıb. R.Kamal deyib: "İlyas Əfəndiyevin
nəsrinin məsamələrində musiqi dolaşır. Onun əsərlərində yaratdığı bütün qəhrəmanlar
sanki mahnı oxuyur. Yazıçı üslübunun səlisliyi, axıcılığı ilə istənilən oxucunu
özünə cəlb edə bilir”. İlyas Əfəndiyevin əsərlərinə verdiyi ad ilə əsərin
mövzusu arasında qırılmaz tellər olduğunu deyən professor qeyd edib ki, "Sarı
köynəklə Valehin nağılı” romanında personajların daxili aləmi epik təfəkkür
üçün olduqca rəngarəng canlandırılıb.
Tədbirdə söz alan tərbiyə işləri üzrə prorektor,
dosent Xanım Sultanova İlyas Əfəndiyevlə bağlı uşaqlıq xatirələrini bölüşüb.
Prorektor bildirib ki, yazıçının əsərlərində sevgi dastanı, real həyat hadisələri
parlaq şəkildə təsvir olunub. İlyas Əfəndiyevin yaradıcılığının Lev Tolstoyun
yaradıcılığı ilə yaxından səsləşdiyini söyləyən Xanım Sultanova qeyd edib ki, hər
iki ədibin əsərlərindəki ruh yüksəkliyi, sadəlik, milli dəyərlərə bağlılıq oxucuya
öz qəhrəmanını sevdirir.
Çıxış edən BSU-nun Jurnalistika kafedrasının
dosenti, "Azərbaycan” jurnalının redaktor müavini Südabə Ağabalayeva deyib: "Hər
bir yazıçı öz dövrünün övladıdır. İlyas Əfəndiyev isə özündən sonrakı dövlərə də
tükənməz yaradıcılıq irsi qoyub getdi”. S.Ağabalayeva bildirib ki, yazıçı heç
vaxt şeir yazmasa da onun necə şair ruhunun olması yazdığı romanlardan hiss
olunur. İlyas Əfəndiyevin əsərlərində yaratdığı kişi obrazlarını Məcnun obrazı
ilə müqayisə edən S.Ağabalayeva yazıçı ilə bağlı apardığı araşdırmalarından söz
açıb. İlyas Əfəndiyevin üslüb özünəməxsusluğunun, əsərlərində istifadə olunan
ifadələrin bu gün özünü eynilə Elçin Əfəndiyevin əsərlərində də göstərdiyini
diqqətə çatdıran Südabə Ağabalayeva bununla E.Əfəndiyevin varislik ənənəsinə
sadiq qaldığını deyib.
Çıxışların ardından tələblərlə
"Sarı köynəklə Valehin nağılı” romanı təhlil edilib, mövzu ətrafında müzakələr
aparlıb.