BSU-da Belarus təhsil günləri keçirlib
Bakı Slavyan Universitetində (BSU) Azərbaycanda Belarus Təhsil Günləri çərçivəsində
"Azərbaycan və Belarus ali təhsilinin
beynəlmiləlləşdirilməsi” adlı tədbir keçirilib. Tədbirdə iştirak etmək üçün
Belarus Respublikasının Təhsil Nazirliyinin Beynəlxalq Əməkdaşlıq İdarəsinin
konsultantı Olqa Xatkeviç, Maksim Tank
adına Belarus Dövlət Pedoqoji Universitetinin rektoru Aleksandr
Juk, P.O.Suxoy adına Qomel Dövlət Universitetinin (QDU) prorektoru Aleksandr Sıçev,
Fransisko Skorin adına QDU-nun prorektoru Yuriy Nikityuk, Yanka Kupala adına
Qrodnensk Dövlət Universitetinin prorektoru Yuriy Belıx, Belarus Dövlət
İnformatika və Elektornika Universitetinin prorektoru Dmitriy Kuznetsov, Belarus Milli Texniki Universitetin Beynəlxalq
Əməkdaşlıq və Xarici İqtisadi Fəaliyyət İdarəsinin mütəxəssisi Anna Yablonskaya
və Belarus Təhsil Nazirliyinin, həmçinin Balarusda fəaliyyət göstərən ayrı-ayrı
universitetlərin rəhbərliyində təmsil olunan şəxslər iştirak ediblər. Bundan əlavə, Trend İnformasiya Agentliyinin baş direktorunun
korporativ inkişaf üzrə müavini Arzu Nağıyev, "İki sahil” qəzetinin baş
redaktoru Vüqar Rəhimzadə, professor Şahlar Əsgərov, A zərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa
Babanlı və digər şəxslər tədbirə
qatılıblar.
Universitetin foyesində Azərbaycanın milli adət-ənələrinə
uyğun, duz-çörəklə qarşılanan qonaqlar BSU tələbələrinin hazırladığı konsert
proqramına tamaşa ediblər. Tədbirdə Belarus milli rəqsi "Kupalinka” nümayiş olunub,
S.Vurğunun "Azərbaycan” şeiri həm Azərbaycan dilində, həm də Maksim Tankın tərcüməsində
Belarus
dilində səsləndirilib. Ttələbələrin ifasında İqor Timakovun "Belaya,
belaya rus” və BSU-nun Məktəb-Lisey Kompleksinin şagirdi Aysel Məmmədovanın
ifasında "Sarı gəlin” mahnısı dinlənilib. Sonda BSU-nun "Arzu” rəqs ansamblının
hazırladığı Azərbaycan xalq rəqsi təqdim olunub.
Sonra qonaqlar BSU-da fəaliyyət göstərən Belarus dili və mədəniyyət mərkəzində olmuş,
burada Belarus
xalqının keçdiyi tarixi yol, Azərbaycan-Belarus əlaqələrinin inkişaf mərhələləri,
milli-etnoqrrafik xüsusiyyətləri əks etdirən slaydlara tamaşa etmişlər.
Tədbir dəyirmi masa ilə davam edib. Dəyirmi masada
Bakı Slavyan Universitetinin rektoru, professor Nurlana Əliyeva BSU-nun Belarus
ali məktəbləri ilə əməkdaşlığının bu günkü vəziyyəti və perspektivləri barədə
geniş məruzə ilə çıxış etmiş, xalqlarımızı bir-birinə yaxınlaşdıran dəyərlərdən
söhbət açmışdır. O, Azərbaycanın Belarus Respublikası ilə əlaqələrinin tarixinə
nəzər salaraq hər iki ölkənin bütün zamanlarda qarışılıqlı etimad və etibara əsaslanan əməkdaşlığı barədə tarixi faktlar səsləndirib.
Rektor Sovet İttifaqı dağıldıqdan sonra Azərbaycan Respublikasının Belarus ilə
Müstəqil Dövlətlər Birliyində (MDB) təmsil olunduğunu, Ulu Öndər Heydər Əliyevin
səyi nəticəsində hər iki keçmiş sovet respublikasının müstəqil dövlət kimi
bir-birinə daha da yaxınlaşdığını bildirib. O, Belarus Prezidenti Aleksandr
Lukaşenkonun vaxtilə BSU-da olduğunu, universitet tələbələri ilə görüşdüyünü
xatırladaraq, hazırda BSU-da Belarus mərkəzinin, Belarusun bir çox univesitetlərində
isə Azərbaycan mərkəzlərinin fəaliyyət göstərdiyini vurğulayıb. N.Əliyeva bu
gün Azərbaycanın dövlət başçısı İlham Əliyevin yürütdüyü xarici siyasətin ölkələrimiz
arasında dostluq və əməkdaşlığın genişlənməsinə yönəldiyini qeyd edib.
Maksim Tank adına Belarus Dövlət Pedaqoji
Universitetinin rektoru Aleksandr Juk "Belarus və Azərbaycan dilləri Belarus və
Azərbaycan Respublikası arasında əməkdaşlığın inkişafı və möhkəmlənməsi faktoru
kimi” adlı məruzə ilə çıxış edərək ölkələrimiz arasındakı əlaqələrin bundan
sonra daha intensiv xarakter alacağını deyib. Rektor çıxışında universitetlər
arasında müəllim-tələbə mübadiləsinin, birgə elmi-pedoqoji layihələrin həyata
keçirilməsi barədə məlumat verib. A.Juk həmçinin BDPU-da çalışan Azərbaycanlı
alimlərin fəaliyyətinə yüksək dəyər verib.
Sonra tədbirdə P.O.Suxoy adına Qomel Dövlət
Universitetinin prorektoru Aleksandr Sıçev "Elmi tədqiqatların beynəlmiləlləşdirilməsi”,
Fransisko Skorin adına Qomel Dövlət Universitetinin prorektoru Yuriy Nikityuk
"Fransiska Skorin adına Qomel Dövlət Universitetinin nümunəsində ali təhsilin
beynəlmiləlləşməsi kontekstində fasiləsiz təhsil”, BSU-nun prorektoru Telman Cəfərov
"Azərbaycan-Belarus ali təhsil müəssisələrinin beynəlmiləlləşməsi və
inteqrasiyası prosesinin imkanları”, Yanki Kupala adına Qrodnensk Dövlət
Univesitetinin prorektoru Yuriy Belıx "Təhsil müəssisələrində xarici tələbələrin
adaptasiyası”, BSU-nun multikulturalizm kafedrasının müəllimi Maya Cəfərquliyeva
"Multikulturalizm Azərbaycanın ali təhsil müəssisələrində tədris prosesinin
komponenti kimi” və s. məruzələrlə çıxış
ediblər.
BSU-nun müəllimi, professor Rəhilə Quliyeva Azərbaycan-Belarus
xalqlarının ümumi milli-mənəvi dəyərlərindən danışaraq, birləşdirici ortaq cəhətlərdən
biri kimi hər iki xalqın baharla bağlı bayramlarının analoji xüsusiyyətləri barədə məlumat verib.
Tədbirin sonunda Bakı Slavyan Universiteti və Maksim
Tank adına Belarus Dövlət Pedoqoji Universiteti arasında əməkdaşlıq
barədə müqavilə imzalanıb.