BŞTİ müdiri vətəndaşları qəbul edəcək
İyunun 7-də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Rəşad
Tağıyev vətəndaşları qəbul edəcək. Paytaxtdakı 291 nömrəli Ekologiya liseyində
(Ünvan: Mayakovski küçəsi 12) Nizami və Nərimanov rayonları üzrə keçiriləcək
müəllim və valideynlərin səyyar qəbulu saat 10:00-da başlayacaq.
Səyyar qəbul
vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində
müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, vətəndaşları maraqlandıran
məsələlərə yerində aydınlıq gətirilməsi, təhsilin keyfiyyətinin yüksəldilməsi,
məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparmaq
məqsədlərinə xidmət edir. Səyyar qəbulda müəllim və valideynlərin müraciətləri
BŞTİ-nin müdiri tərəfindən dinləniləcək, müvafiq təşkilati və maarifləndirmə
tədbirləri görüləcəkdir.