• cümə, 29 Mart, 12:10
  • Baku Bakı 14°C

BŞİH-nin tabeliyində “BakuBus” MMC yaradılır

14.04.14 13:03 2132
BŞİH-nin tabeliyində “BakuBus” MMC yaradılır
Nazirlər Kabineti Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində özünümaliyyələşdirmə prinsipi əsasında fəaliyyət göstərən, payları dövlətə məxsus “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) yaradılması haqqında qərar verib.
APA-nın verdiyi məlumata görə, qərara əsasən “BakuBus” MMC-nin nizamnamə kapitalının formalaşdırılması, ilkin mərhələdə fəaliyyətinin təşkili və Cəmiyyət tərəfindən sərnişin daşınması üzrə avtobusların alınması məqsədilə həmin Cəmiyyətə Azərbaycan Respublikasının 2014-cü ilin dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan 30 milyon manat məbləğində vəsait ayrılacaq.
Maliyyə Nazirliyinə həmin vəsaitin maliyyələşdirilməsini təmin etmək, Nəqliyyat Nazirliyinə Bakı Şəhər İcra Hakimiyyəti ilə birlikdə Cəmiyyətə məxsus avtobusların marşrutlarını və hərəkət qrafiklərini müəyyən etmək tapşırılıb. Bakı Şəhər İcra Hakimiyyətinə tapşırılıb ki, qanunvericilikdə nəzərdə tutulmuş qaydada “BakuBus” MMC-nin nizamnaməsinin təsdiq edilməsini, dövlət qeydiyyatına alınmasını və icra orqanlarının yaradılmasını təmin etsin və Əmlak Məsələləri Dövlət Komitəsi ilə birlikdə ən azı 200 ədəd iritutumlu avtobusun saxlanması məqsədilə avtonəqliyyat parkları (qarajları) üçün yerin ayrılmasını 1 ay müddətində təşkil etsin.
banner

Oxşar Xəbərlər