• cümə, 19 Aprel, 22:37
  • Baku Bakı 24°C

BŞİH Müsavat Partiyasının yürüşünə razılıq verməyib

19.10.17 13:20 2020
BŞİH Müsavat Partiyasının yürüşünə razılıq verməyib
Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Müsavat Partiyasının oktyabrın 21-nə təyin etdiyi yürüşlə bağlı müraciətini cavablandırıb.
APA-nın xəbərinə görə, meriya yürüşün keçirilməsinə razılıq verməyib.
BŞİH həmin tarixdə keçmiş "Məhsul" stadionunda mitinq keçirməyi Müsavat Partiyasına təklif edib.
Meriya yürüşə razılıq verməmək haqqında qərarını nəqliyyatın hərəkəti və insanların sıxlığı ilə əsaslandırıb.
Qeyd edək ki,Müsavat Partiyasıoktyabrın 21-də Bakıda etiraz yürüşü təyin edib. Yürüşə razılıq verilməsi üçün BŞİH-ə müraciət olunub.
banner

Oxşar Xəbərlər