• cümə, 29 Mart, 10:09
  • Baku Bakı 5°C

BŞBPİ: Polis zorakılığı ilə bağlı yayılan məlumatlar araşdırılıb

28.07.20 14:15 847
BŞBPİ: Polis zorakılığı ilə bağlı yayılan məlumatlar araşdırılıb
Sosial şəbəkələrdə 22-ci polis bölməsinin qarşısında polis zorakılığı ilə bağlı yayılan video görüntülər araşdırılıb.
Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətindən verilən məlumata görə, araşdırma zamanı hər hansı zorakılıq, yaxud digər qanundan kənar fakt təsdiqini tapmayıb: "İyulun 27-də paytaxtın Nəsimi rayonu Fizuli və Rəşid Behbudov küçələrinin kəsişməsində nəzarət-profilaktik tədbirləri həyata keçirən polis əməkdaşları hərəkət edən üç nəfərin sənədlərini təqdim etməsini tələb edib. Onlardan bir nəfərin icazəsi olmasına baxmayaraq, digər iki nəfər polisin qanunu tələblərinə məhəl qoymayaraq, tabesizlik göstərməklə, asayiş keçikçilərinin ünvanları nalayiq ifadələr işlədiblər.
Keçirilən tədbirlərə şəxsiyyətləri müəyyən olunan 1996-cı təvəllüdlü A.Dadaşov, 1984-cü il təvəllüdlü S.Məstanova saxlanılaraq müvafiq polis bölməsinə dəvət olunaraq, qanunvericiliyə uyğun olaraq, İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmas) və 535-ci (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddələri ilə barələrində protokollar tərtib olunaraq, baxılması üçün rayon məhkəməsinə göndərilib".
Qeyd edək ki, sosial şəbəkələrdə Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinin qarşısında polis əməkdaşlarının vətəndaşlara qarşı zor tətbiq etməsinə dair görüntülər yayılıb.
banner

Oxşar Xəbərlər