• cümə, 29 Mart, 14:20
  • Baku Bakı 14°C

BŞBPİ: “Müsavat Partiyasının mitinqində 500 nəfərədək üzvü və təəssübkeşi iştirak edib"

18.09.16 18:18 732
BŞBPİ: “Müsavat Partiyasının mitinqində 500 nəfərədək üzvü və təəssübkeşi iştirak edib"
Bu gün "Müsavat” partiyasının Yasamal rayonundakı "Məhsul” stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib.

Bakı şəhər Baş Polis İdarəsindənAPA-ya verilən məlumata görə, saat 15.00-dan 17.00-dək davam edən toplantıda həmin partiyanın və bir sıra müxalifətyönümlü qeyri-hökumət təşkilatlarının ümumi sayı 500 nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib.

İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması halları qeydə alınmayıb.
banner

Oxşar Xəbərlər