BŞBPİ jurnalistlərə müraciət edib

BŞBPİ jurnalistlərə müraciət edib

Kriminal
05 Noyabr 2019, 15:00 732
"Kütləvi tədbirlər zamanı ali məqsədi həqiqəti yaymaq, peşəkarlıq meyarı obyektivlik olan jurnalistlərin peşə fəaliyyətinin həyata keçirilməsi üçün hər hansı məhdudiyyət yoxdur”.
APA-nın məlumatına görə, bu barədə Bakı şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev jurnalistlərin kütləvi tədbirlər zamanı davranış qaydaları və təhlükəsizliyi ilə bağlı məsələyə münasibət bildirərkən deyib.
E.Hacıyev qeyd edib ki, kütləvi tədbirləri və aksiyaları işıqlandırarkən jurnalistlər daha diqqətli və məsuliyyətli olmalı, prosesə müdaxilə etməməli, müşahidə funksiyasını yerinə yetirməlidirlər: "Jurnalistlərə peşə davranışının tələblərinə rəhbər tutmalarını, digər iştirakçılardan fərqlənmələri üçün Mətbuat Şurasının müəyyən etdiyi, üzərində "PRESS" yazılan gödəkcə geyinmələrini tövsiyə edirik”.