• cümə, 26 Aprel, 11:12
  • Baku Bakı 12°C

BŞBPİ Həsən Şirinovla bağlı açıqlama verdi

07.01.15 09:43 890
BŞBPİ Həsən Şirinovla bağlı açıqlama verdi
Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) mətbuatda idarənin rəis müavini, polis general-mayoru Həsən Şirinov haqqında yayılan məlumatlara aydınlıq gətirib.
İdarənin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, son günlər internet və çap mediada BŞBPİ-nin rəis müavini, polis general-mayoru Həsən Şirinovun vəzifəsindən uzaqlaşdırılması ilə bağlı əsassız məlumatlar yayılıb: “Rəsmən bildiririk ki, bu xəbərlər həqiqətə uyğun deyil. Polis general-mayoru Həsən Şirinov hazırda baş idarənin rəis müavini vəzifəsindədir və xidmətini davam etdirir”.
banner

Oxşar Xəbərlər