• cümə axşamı, 28 mart, 12:43
  • Baku Bakı 16°C

BŞBPİ: Axtarışda olan 21 nəfər saxlanılıb

14.02.20 10:22 3404
BŞBPİ: Axtarışda olan 21 nəfər saxlanılıb
Paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 13-də 34 cinayətin üstü açılıb. Onlardan 7-si əvvəlki dövrlərdən bağlı olan cinayətlərdir.
Bakı Şəhər Baş Polis İdarəsindənAPA-ya verilən məlumata görə, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olduğuna görə ümumilikdə 21 nəfər saxlanılıb.
Narkotiklərlə əlaqəli 5, oğurluq üzrə 9, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.
İtkin düşmüş kim axtarışı elan olunan 4 nəfər tapılaraq ailəsinə təhvil verilib.
Hər bir fakt üzrə müvafiq idarə, şöbə və bölmələrdə araşdırmalar davam etdirilir.
banner

Oxşar Xəbərlər