• cümə axşamı, 25 aprel, 19:36
  • Baku Bakı 21°C

Brüssellə London arasında fikir ayrılığı hələ də qalır

15.10.18 15:15 288
Brüssellə London arasında fikir ayrılığı hələ də qalır
Brexit barədə sazişin oktyabrın 17-dək əldə olunmasının vacibliyinə baxmayaraq, Krallığın Aİ-nin tərkibindən çıxması barədə danışıqlarda Avropa ittifaqı ilə Böyük Britaniya arasında fikir ayrılığı hələ də qalır.
AZƏRTACTASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Birləşmiş Krallığın xarici işlər naziri Ceremi Hant Avropa İttifaqının 28 ölkəsinin xarici işlər nazirlərinin Lüksemburqda keçirilən iclasında deyib. Xarici İşlər Nazirliyi rəhbərinin sözlərinə görə, Londonla Brüssel arasında saziş mümkün olsa da, onun nə vaxt baş tutacağı məlum deyil.
Hant Böyük Britaniyanın Baş naziri Tereza Meyin heç vaxt ölkəsi üçün sərfəli olmayan sazişi imzalamayacağını da qeyd edib.
banner

Oxşar Xəbərlər