• şənbə, 20 Aprel, 15:25
  • Baku Bakı 23°C

Brüsseldə Suriya üzrə beynəlxalq konfrans keçirilib

26.04.18 09:00 393
Brüsseldə Suriya üzrə beynəlxalq konfrans keçirilib
Belçikanın paytaxtı BrüsseldəAvropa İttifaqıvəBMT-nin təşkilatçılığı iləSuriyaüzrə beynəlxalq konfrans keçirilib.

APA-nın RT-yə istinadən verdiyi xəbərə görə, konfransda 57 ölkə iştirak edib.

Konfrans qəbul etdiyi yekun bəyanatdaSuriyanın suverenliyi və ərazi bütövlüyünə dəstək verdiyini təsdiqləyib.

"KonfransBMTTəhlükəsizlik Şurasının 2254 saylı qətnaməsi və Cenevrə Kommünikesinə uyğun olaraq yalnız hərtərəfli və həqiqi siyasi həllinSuriyamünaqişəsinin davamlı dayandırılması və regionda gərginliyin qarşısını almasını təmin edəcəyini təsdiqləyir", sənəddə deyilir.

Eyni zamanda, Avropa diplomatiyasının rəhbəri Federika Moqerini vəBMTbaş katibininSuriyaüzrə xüsusi elçisi Staffan de Mistura birgə bəyanatla çıxış edərəkSuriyadakı vəziyyətin Beynəlxalq Cinayət Məhkəməsinə (ICC) verilməsinin tərəfdarı olduğunu bəyan ediblər: "Hərbi cinayətlər, beynəlxalq humanitar hüquq və insan haqlarının pozulması halları araşdırılmalıdır”.
banner

Oxşar Xəbərlər