• cümə axşamı, 28 mart, 21:06
  • Baku Bakı 13°C

Brüsseldə NATO Parlament Assambleyasının 100-cü Rouz-Rout seminarı keçiriləcək

20.04.19 20:58 764
Brüsseldə NATO Parlament Assambleyasının 100-cü Rouz-Rout seminarı keçiriləcək
Milli Məclisin deputatları Məlahət İbrahimqızı və Qüdrət Həsənquliyev NATO Parlament Assambleyasının 100-cü Rouz-Rout seminarında iştirak etmək üçün aprelin 24-də Belçikanın paytaxtı Brüsselə səfər edəcəklər.
Parlamentin mətbuat xidmətindənAZƏRTAC-a bildirilib ki, seminarda NATO genişlənməsinin parlament ölçüsü, Rouz-Rout proqramı və təşkilatın açıq qapı siyasəti,
NATO tərəfdaşlığı və genişlənmə siyasətlərinin genezisi və digər mövzularda müzakirələr aparılacaq.
Deputatlar qeyd olunan mövzular barədə öz fikirlərini açıqlayacaq, təkliflərini verəcəklər.
Səfər aprelin 27-də başa çatacaq.
banner

Oxşar Xəbərlər