• cümə axşamı, 25 aprel, 00:53
  • Baku Bakı 19°C

Brüsseldə Avropa İttifaqının “Şərq tərəfdaşlığı” sammiti başlayıb

24.11.17 14:00 2132
Brüsseldə Avropa İttifaqının “Şərq tərəfdaşlığı” sammiti başlayıb
Brüsseldə 5-ciAvropa İttifaqının "Şərq tərəfdaşlığı” sammiti başlayıb.
APA-nın Brüsselə ezam olunmuş müxbiri xəbər verir ki, sammitdəAvropa Komissiyasının prezidentiJan klod Yunker,Avropa İttifaqıŞurasının prezidenti Donald Tusk,Avropa İttifaqıŞurasına bu il sədrlik edən Estoniya baş naziri Juri Ratas, Azərbaycan prezidentiİlham Əliyevvə digər rəsmilər iştirak edirlər.
"2020-dək 20 hədəf: Vətəndaşlar üçün təsirli nəticələrin əldə olunması" adı altında təşkil olunmuş sammitin sonunda yekin bəyannamənin qəbul olunması gözlənilir.
Sonuncu sammit 2015-ci ildə Riqada keçirilmişdi.
Qeyd edək ki, 2009-cu ildən yaradılmış "Şərq Tərəfdaşlığı” proqramının əsas məqsədi Aİ ilə altı proqram iştirakçısı ölkələri olan Azərbaycan, Ermənistan, Belarus, Moldova, Gürcüstan və Ukrayna arasında əlaqələri dərinləşdirməkdir.
banner

Oxşar Xəbərlər