• cümə, 29 Mart, 05:08
  • Baku Bakı 7°C

Bruney sultanı, Çex Respublikası, İndoneziya və Şri-Lanka prezidenti Azərbaycan prezidentini təbrik ediblər

28.05.16 18:00 1310
Bruney sultanı, Çex Respublikası, İndoneziya və Şri-Lanka prezidenti Azərbaycan prezidentini təbrik ediblər
Çex Respublikasının prezidenti Miloş Zeman Azərbaycan prezidenti İlham Əliyevi 28 May – Respublika Günü münasibətilə təbrik edib.APA-nın xəbərinə görə, təbrik məktubunda deyilir:

"Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə sizə və ölkənizin vətəndaşlarına səmimi təbriklərimi çatdırıram. Mən Azərbaycan respublikası ilə Çex respublikasının ikitərəfli münasibətlərinin fəal şəkildə inkişaf etməsindən və bu müsbət meylin keçən ilin sentyabr ayında Bakıya səfərim zamanı ölkələrimiz arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması ilə təsdiq olunmasından məmnunam.Bruney sultanı, Çex, İndoneziya və Şri-Lanka prezidentləri Azərbaycan prezidentini təbrik ediblərZati-aliləri, ali dövləti fəaliyyətinizdə sizə müvəffəqiyyətlər diləyir, Azərbaycan respublikasının vətəndaşlarına əmin-amanlıq və rifah arzulayıram”.

Bundan başqa,İndoneziya respublikasının prezidenti Coko Vidodo, Şri-Lanka Demokratik Sosialist Respublikasının prezidenti Maytripala Sirisena, Bruneyin sultanı Hacı Həssənal Bolkiah da təbrik məktubu ünvanlayıblar.
banner

Oxşar Xəbərlər