• cümə, 29 Mart, 03:52
  • Baku Bakı 7°C

British Council “Gələcəyə Təşəbbüs” yazı müsabiqəsini elan edir

13.04.15 10:21 1178
British Council “Gələcəyə Təşəbbüs” yazı müsabiqəsini elan edir
British Council Azərbaycan və PAŞA Bank ilə birgə əməkdaşlıq çərçivəsində “Gələcəyə Təşəbbüs” yazı müsabiqəsi 2015 layihəsini elan edir. Azərbaycan Birləşmiş Krallıq Məzunları Assosiasiyası (AUKAA) bu layihəni dəstəkləyir və təşkilat Birləşmiş Krallıqda təhsil alan məzunların layihəyə cəlb edilməsində böyük rol oyanır. Artıq 4-cü ildir ki, həyata keçirilən bu layihənin əsas məqsədi tələbələrin analitik yazı yazma qabiliyyətlərini inkişaf etdirmək və təhsillərinə vacib təcrübə töhfəsi verməkdir. British Council-ın Təhsil İşləri üzrə İcraçısı Nigar Nəsrullayevanın “Kaspi”yə bildirdiyinə görə hər il müsabiqənin qalibləri Birləşmiş Krallığın aparıcı universitetlərindən birində biznes üzrə yay kurslarında iştirak emək imkanını qazanırlar. Belə ki, aprel ayından etibarən British Council Azərbaycan PAŞA Bank ilə birlikdə Bakıda olan 8 ali thəsil müəssisəsində layihə üzrə təqdimatlara başlayıb. Təqdimatların keçirildiyi universitetlər sırasında ADA Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Dövlət Universiteti, Qafqaz Universiteti, Qərb Universiteti, Xəzər Universiteti, Moskva Dövlət Universitetinin Bakı filialı və Sumqayıt Dövlət Universiteti var. Təqdimatlardan sonra AUKAA təşkilatının üzvləri tərəfindən hər universitetdən 20 nəfərə qədər seçilmiş iştirakçılara İnşa Yazma Qabiliyyəti, İstinad və Plaqiatlıq mövzuları üzrə təlim keçiriləcək. Təlimdə iştirak edən tələbələr 05 may 2015-cü il tarixindən gec olmayaraq təqdim olunan mövzulardan birini seçməklə inşa yazıb göndərməlidirlər. Mövzular iqtisadiyyat, maliyyə və biznesin İdarə olunması sahələri ilə bağlıdır. İnşaların yazılması və təqdim olunması onlayn şəkildə aparılacaq.
May ayı ərzində göndərilən inşalar British Council Azərbaycan və PAŞA Bankın nümayəndələrindən ibarət münsiflər heyəti tərəfindən yoxlanılacaq və uğur qazanan namizədlər Birləşmiş Krallığın aparıcı universitetlərində təşkil olunan yay kurslarına qatılmaq imkanı qazanacaq.
British Council Azərbaycan təşkilatının ölkə üzrə direktoru Elizabet Vayt layihənin yeni ilinin başlanması ilə bağlı bildirib: “Bu müsabiqə fəal və gənc Azərbaycanlı tələbələr üçün özlərini sübut etmək, bacarıqlarını nümayiş etdirmək, Birləşmiş Krallıqda yay kursu keçmək və gələcək təhsillərinə töhfə vermək üçün gözəl imkandır. Böyük səbirsizliklə Azərbaycanlı tələbələrin maraqlı və düşündürücü inşalarını oxumağı gözləyirik”.
banner

Oxşar Xəbərlər