• cümə, 19 Aprel, 20:26
  • Baku Bakı 24°C

British Council Azərbaycan Məzunların Məşğulluq Forumunu elan edir

20.05.15 10:45 777
British Council Azərbaycan Məzunların Məşğulluq Forumunu elan edir
British Council Azərbaycan 26 may 2015-ci il tarixində Park İnn otelində (Dan Ulduzu zalı) Məzunların Məşğulluq Forumunu keçirəcək. British Council-ın marketinq və kommunikasiya meneceri Aydın Məmmədovun “Kaspi”yə verdiyi məlumata görə, Təhsil Nazirliyi tərəfindən dəstəklənən Forumun keçirilməsində əsas məqsəd məzunların məşğulluq imkanlarının artırılması üçün ali təhsil və biznes müəssisələrinin nümayəndələrini bir yerə gətirərək müzakirələrin aparılmasıdır. “Bu məqsədə nail olmaq üçün British Council universitetlər və işəgötürənlər arasında uğurlu əməkdaşlıq əlaqələrinin qurulmasını dəstəkləyir”.
Tədbirdə British Council Azərbaycanın direktoru xanım Elizabet Uayt və Birləşmiş Krallığın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri cənab İrfan Siddıq, o cümlədən Azərbaycanın aparıcı universitet və biznes təşkilatları nümayəndələri iştirak edəcək.
Forum saat 10:00-dan 14:00-dək keçiriləcək.
banner

Oxşar Xəbərlər