• çərşənbə axşamı, 16 aprel, 15:57
  • Baku Bakı 19°C

Britaniyalı universitet müəllimi: “ASAN xidmət” haqqında öyrənmək mənim üçün çox maraqlı oldu

12.10.17 09:05 1127
Britaniyalı universitet müəllimi: “ASAN xidmət” haqqında öyrənmək mənim üçün çox maraqlı oldu
"ASAN xidmət” mərkəzləri haqqında öyrənmək həqiqətən də maraqlı oldu. İctimaiyyətin ehtiyac duyduğu bir çox xidmətlər, o cümlədən kommunal xidmətlər vahid mərkəzdə cəmləşib. Etiraf etməliyəm ki, İngiltərədə belə bir xidmət növü yoxdur. Azərbaycanda yaradılan bu xidmət artıq öz səmərəsini verir.
AZƏRTACxəbər verir ki, bu fikirləri 5 saylı "ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olan kibercinayətkarlıqla mübarizəyə dair beynəlxalq konfransın iştirakçısı, Böyük Britaniyada fəaliyyət göstərən universitetin müəllimi Nodyo Conz jurnalistlərə müsahibəsində bildirib.
Bakıya ikinci dəfədir gəldiyini qeyd edən qonaq deyib: "Mən otuz ildən çoxdur ki, kibercinayətkarlıq sahəsi ilə məşğul oluram və hüquq mühafizə orqanları ilə geniş əməkdaşlıq edirəm. Mənə belə gəlir ki, bu xidmətlər vətəndaşlara münasibətdə etik qaydalara, nəzakətli davranışa əməl olunmasına kömək edir və onlara qarşı pis davranışların qarşısını alır”.
banner

Oxşar Xəbərlər