• cümə axşamı, 25 aprel, 14:32
  • Baku Bakı 23°C

Britaniyalı parlamentarilər: "Seçici fəallığı müşahidə olunur" - Fotolar

26.09.16 11:10 906
Britaniyalı parlamentarilər: "Seçici fəallığı müşahidə olunur" - Fotolar
"Olduğumuz seçki məntəqələrində hər hansı qanun pozuntusu ilə qarşılaşmadıq".

BunuAPA-ya açıqlamasında Böyük Britaniya Parlamentinin İcmalar Palatasının üzvü David Morris deyib.

Hazırda 18 saylı seçki məntəqəsində olan beynəlxalq müşahidəçi bildirib ki, artıq 4-cü dəfədir Azərbaycanda seçki prosesini müşahidə edir: "Burada seçicilər üçün yaxşı şərait yaradıb. Deyə bilərəm ki, Azərbaycanda keçirilən səsvermə prosesi beynəlxlaq səviyyə ilə müqayisə olunandır. Olduğumuz məntəqələrdə seçici fəallığının şahidi olduq".
Britaniyanın Lordlar Palatasının üzvü David Evans isə bildirib ki, Azərbaycanda tətbiq edilən seçki metodları yüksək səviyyədədir: "Mən ötən seçkilərdə də müşahidəçi qismində iştirak etmişdim. Təəssüratım çox yaxşıdır. Seçici fəallığı müşahidə edilir".




banner

Oxşar Xəbərlər