• cümə axşamı, 25 aprel, 12:42
  • Baku Bakı 23°C

Britaniyalı nazir: “Brexit” danışıqları iflasa uğraya bilər

21.08.18 20:30 546
Britaniyalı nazir: “Brexit” danışıqları iflasa uğraya bilər
Böyük Britaniya ilə Avropa İttifaqı (Aİ) arasında "Brexit” danışıqları iflasa uğraya bilər.
Trend-in məlumatına görə, bunu Böyük Britaniyanın xarici işlər naziri Ceremi Hant deyib.
Eyni zamanda o, danışıqların uğurla yekunlaşacağına ümid etdiyini bildirib:"Mən inanıram ki, yekunda biz saziş imzalayacağıq, amma sazişin əldə olunmaması ehtimalı da artmaqdadır”.
Nazir bildirib ki, "Brexit”lə bağlı razılaşmanın qarşısında duran çətinlik Aİ ölkələrinin yanaşmasıdır:"Bir tərəfdən onlar Böyük Britaniyaya yaxşı saziş təklif etmək istəyirlər. Digər tərəfdən isə, onlar bu sazişin əldə olunacağı təqdirdə digər ölkələrin Aİ-dən ayrılmaq istəyə biləcəyini düşünür”.

banner

Oxşar Xəbərlər