• cümə axşamı, 25 aprel, 18:13
  • Baku Bakı 21°C

Britaniyalı Mohammed Xan: Azərbaycanda xoşbəxt və firavan yaşamaq üçün gözəl şərait mövcuddur

29.05.19 14:49 612
Britaniyalı Mohammed Xan: Azərbaycanda xoşbəxt və firavan yaşamaq üçün gözəl şərait mövcuddur
Ölkəniz haqqında məlumatım var idi. Bakını görmək istəyirdim. Sevinirəm ki, arzum gerçəkləşib.
Bu sözləriAZƏRTAC-a müsahibəsində UEFA Avropa Liqasının final oyununu izləmək üçün Bakıya gələn Böyük britaniyalı turist Mohammed Xan deyib. O qeyd edib ki, Azərbaycanda xoşbəxt və firavan yaşamaq üçün gözəl şərait mövcuddur. Burada sabitlik və rahatlıq təmin olunub. Bakıda maraq doğuran memarlıq və tarixi abidələr çoxdur. Mən Azərbaycan Milli İncəsənət Muzeyi, Qız qalası, "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ilə yaxından tanış oldum.
Azərbaycanda son illər mötəbər beynəlxalq idman tədbirlərinin keçirildiyini vurğulayan Mohammed Xan UEFA Avropa Liqasının final oyununa böyük maraq göstərdiyini deyib.
banner

Oxşar Xəbərlər