• cümə axşamı, 28 mart, 12:42
  • Baku Bakı 16°C

Britaniyalı azarkeşlər Bakı qonaqpərvərliyindən məmnun qalıb

30.05.19 17:57 635
Britaniyalı azarkeşlər Bakı qonaqpərvərliyindən məmnun qalıb
Bakıda azarkeşlər "Çelsi”nin Avropa Liqasında qələbəsini səhərə qədər qeyd edib. Finaldan sonra heç bir qayda pozuntusu qeydə alınmayıb.
Trend-in məlumatına görə, bu barədə "MİR 24” telekanalının reportajında deyilir.
Reportajda qeyd olunub ki, "Çelsi” azarkeşləri sevimli komandalarının qələbəsindən əmin olduqları üçün bayram geyimlərini əvvəlcədən hazırlamışdı.
Azarkeşlər bu oyun üçün bu qədər məsafə qət etməklərindən təəssüflənmədiklərini deyiblər:
"Mən arzuma çatdım, "Çelsi”nin qələbəsini gördüm. Əla oyun oldu”.
Reportajda o da bildirilib ki, Londondan Bakıya birbaşa aviareyslərin olmamasına baxmayaraq, matçı izləməyə minlərlə britaniyalı azarkeş gəlib və mühitdən məmnun qalıblar:
"Mən artıq üç gündür ki burdayam və qonaqpərvərlikdən böyük zövq alıram. Özüm aşpazam, yerli mətbəx isə sadəcə möhtəşəmdir”.
banner

Oxşar Xəbərlər