• çərşənbə, 17 Aprel, 03:41
  • Baku Bakı 14°C

Britaniyada növbəti həftədən ibadət yerləri açılacaq

07.06.20 13:45 506
Britaniyada növbəti həftədən ibadət yerləri açılacaq
Böyük Britaniyada növbəti həftədən etibarən ibadət yerləri fəaliyyətə başlayacaq.
AZƏRTACxəbər verir ki, gələn həftə elan olunması planlaşdırılan hökumət planına əsasən, kilsə, məscid, sinaqoq və məbədlərin fərdi ibadət üçün açılmasına icazə veriləcək. Bu qərar iyunun 15-dən qüvvəyə minəcək tədbirlərlə birgə həyata keçiriləcək.
Şimali İrlandiyada artıq fərdi ibadətlərə icazə verilsə də, Şotlandiya və Uelsdə bu qanun tətbiq olunmur.
Baş Nazir Boris Consonun çərşənbə axşamı günü planlaşdırılan iclası zamanı qaydaları yeniləməsi gözlənilir. Hökumətin tətbiq etdiyi mərhələli şəkildə karantindən çıxma qanununa əsasən, hər 2 həftədən sonra yeni qaydalar elan edilir.
banner

Oxşar Xəbərlər