AZE | RUS | ENG |

Britaniya türk hakimdən danışır: “Qırmızı var idi, yoxsa yox?“

Britaniya türk hakimdən danışır: “Qırmızı var idi, yoxsa yox?“
Britaniyanın futbol ekspertləri bir araya gələrək türk hakim Cuneyit Çakırın Çempionlar Liqasının 1/8 finalında “Mançester Yunayted” - “Real” Madrid oyununun 2-ci hissəsində Naniyə verdiyi qırmızı vərəqə haqda mübahisə ediblər. Milli.Az sovsport-a bildirir ki, "Mançester Yunayted" klubunun eks-kapitanı, irlandiyalı Roy Kin hakimin düz qərar verdiyini bildirib: "Referi düzgün qərar verdi, bu çox təhlükəli oyun vəziyyəti idi, o qədər əsas deyil, Nani bunu bilə-bilə elədi, yoxsa yox. Şübhəsiz ki, bu qırmızı vərəqədir, referi düz etdi. Li Dikson isə referinin sarı vərəqə göstərməli olduğunu deyib: "Mən başa düşürəm, hakim niyə Nanini meydandan qovdu. Amma məncə, vəziyyət o qədər də birmənalı deyildi, sarı vərəqə də kifayət edərdi". Keçmiş referi Qrem Pol oyun zamanı Daily Mail-in saytında çıxış edərək Çakırın səhv elədiyini bildirib: "Vaaau... Bu bir şok oldu! Mən sarı vərəqə gözləyirdim, Nani ayağını yüksəyə qaldırmışdı. Bu səhv qırmızı vərəqədir, bunun ciddi nəticələri olacaq. Belə vəziyyətlərdə hakim əmin olmalıdır ki, hansı futbolçunu meydandan qovur. Futbolçu qırmızı vərəqəyə layiq olmalıdır".

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9288
GEL 1 1 Gürcüstan larisi 0.6337
GBP 1 1 İngiltərə funt sterlinqi 2.2567
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1842
CHF 1 1 İsveçrə frankı 1.6988
KWD 1 1 Küveyt dinarı 5.6004
TRY 1 1 Türkiyə lirəsi 0.311