AZE | RUS | ENG |

Britaniya səfiri: Biz əvvəlki vaxtlardan daha çox britaniyalı futbol azarkeşinin Bakıya səyahət edəcəyini gözləyirik

Britaniya səfiri: Biz əvvəlki vaxtlardan daha çox britaniyalı futbol azarkeşinin Bakıya səyahət edəcəyini gözləyirik
Biz əvvəlki vaxtlardan daha çox britaniyalı futbol azarkeşinin Bakıya səyahət edəcəyini gözləyirik.
Trend-in məlumatına görə, bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Karol Krofts deyib.
Səfir Arsenal və Çelsi komandalarını UEFA Avropa Liqasının may ayının 29-da keçiriləcək final oyununa vəsiqə qazanmaları münasibətilə təbrik edib:
"Hər iki komanda əvvəllər Bakıda oyun keçirsələr də bir-birlərinə qarşı oynamayıblar. Tarixdə ilk dəfə İngiltərə Premyer Liqasının iki klubu Bakının möhtəşəm stadionunda qarşı-qarşıya gələcəklər və mən bu oyunun yaddaqalan bir hadisə olacağından əminəm.
Biz əvvəlki vaxtlardan daha çox britaniyalı futbol azarkeşinin Bakıya səyahət edəcəyini gözləyirik. Əminəm ki, onlar bu gözəl şəhərdə keçirəcəkləri vaxtdan məmnun qalacaqlar. Azərbaycan özünün yüksək qonaqpərvərliyi ilə tanınır və mən britaniyalı azarkeşlərin burada isti qarşılanacaqlarına inanıram.
Bu həftə Böyük Britaniya polisindən, o cümlədən Arsenal və Çelsi komandalarından olan nümayəndələr Bakıya gələcəklər. Biz hamımız Azərbaycanın rəsmi qurumları ilə oyunun təşkil olunması istiqamətində sıx əməkdaşlıq edirik. Mən bizə bu işdə dəstək göstərən hər kəsə təşəkkür edir və hər iki komandaya bu önəmli gündə uğurlar arzu edirəm".



Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8846
GEL 1 1 Gürcüstan larisi 0.582
GBP 1 1 İngiltərə funt sterlinqi 2.0621
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1756
CHF 1 1 İsveçrə frankı 1.7332
KWD 1 1 Küveyt dinarı 5.5868
TRY 1 1 Türkiyə lirəsi 0.301