• cümə axşamı, 25 aprel, 18:05
  • Baku Bakı 21°C

Britaniya Nümayəndələr Palatası Saakyanı qəbul etməyib

09.07.15 18:42 1466
Britaniya Nümayəndələr Palatası Saakyanı qəbul etməyib
"Böyük Britaniya parlamentinin Nümayəndələr Palatası işğal edilmiş Dağlıq Qarabağ bölgəsinin separatçı rejiminin başçısı Bako Saakyanı qəbul etməyib". Bu barədə Trend-ə Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə deyib.
Onun sözlərinə görə, bu barədə Böyük Britaniya Nümayəndələr Palatasının İctimai informasiya idarəsinin rəhbəri Mett Ringerin rəsmi məktubunda deyilir: “Böyük Britaniya parlamentinin istənilən üzvü kommersiya məqsədilə parlament binasında yer sifariş edib özəl şəxsləri görüşlərdə iştirak etməyə və ya çıxış etməyə dəvət edə bilər. Çox güman ki, Bako Saakyanla bağlı məsələ də məhz belə olub”. Məktubda qeyd olunur ki, Nümayəndələr Palatası rəsmi şəkildə Bako Saakyanı qəbul etməyib və o, formal olaraq palata qarşısında çıxış etməyib.
T.Tağızadə bildirib: “Nəzərə almaq lazımdır ki, Böyük Britaniya parlamentində yalnız spiker və komitə rəhbərləri rəsmi şəxslər hesab edilir. Parlamentlərarası dostluq qrupları çərçivəsində hansısa görüşlər təşkil edilərkən onlar rəsmi keçirilmir. Ermənistan mətbuatının Böyük Britaniya parlamentində guya tədbirin keçirilməsi və orada separatçı Dağlıq Qarabağ rejiminin rəhbəri Bako Saakyanın çıxış edərək separatçıların “DQR” adlandırdıqları qanunsuz qurumun “tərəqqisi” barədə danışması ilə bağlı yaydığı məlumat növbəti dəfə beynəlxalq ictimaiyyəti bilərəkdən yanlışlığa sövq etmək, eləcə də münaqişənin başlamasından və Azərbaycanın beynəlxalq tanınmış ərazisinin bir hissəsinin erməni silahlı bölmələri tərəfindən silahlı təcavüzə və işğala məruz qalmasından etibarən Cənubi Qafqaz regionunda siyasi vəziyyətin vacib komponenti qismində olan əlavə gərginlik yaratmaq cəhdidir”.
Səfər təəssüflə vurğulayıb ki, bu cür cəhdlər bəzən dövlətlərdə, o cümlədən Avropa qitəsində tərəfdarlar tapır: “Səfirliyin Böyük Britaniya Xarici İşlər Nazirliyinin Ərazi departamentinin rəhbərliyindən və ölkə parlamentinin nümayəndələrindən aldığı məlumata əsasən, bu informasiya həqiqəti əks etdirmir. Böyük Britaniya XİN növbəti dəfə təsdiq etdi ki, Bako Saakyan üçün hansısa rəsmi görüşlər nəzərdə tutulmayıb və keçirilməyib. Erməni tərəfinin arzu ediləni həqiqət kimi təqdim etmək cəhdləri təəssüf və iyrənclik hissi doğurur".
Qeyd edək ki, Ermənistan KİV-in B.Saakyanın parlamentdə görüşləri ilə bağlı yaydığı fotoşəkillər onun Londonda erməni evində keçirdiyi görüşdən olan fotoşəkilləri ilə eynidir. Əgər B.Saakyan Londona şəxsi fotoqrafını gətiribsə, görəsən, onu özü ilə niyə parlamentə aparmayıb? Doğrudanmı Bako Saakyan "piar" üçün imkanı əldən verib və Böyük Britaniya parlamentinin üzvləri ilə şəkil çəkdirməyib?
Niyə parlamentdəki görüşlərdən heç bir fotoşəkil yoxdur və Böyük Britaniya parlamentində onun parlamentə gələrək çıxış etməsini təsdiq edən heç bir məlumat tapa bilmirlər?
banner

Oxşar Xəbərlər