AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Britaniya Navalnının tərəfdarlarına qarşı təzyiqləri pisləyib

Britaniya Navalnının tərəfdarlarına qarşı təzyiqləri pisləyib

Təfsilat
24 Yanvar 2021, 10:45 145
Britaniya hökuməti rusiyalı müxalifət lideri Aleksey Navalnının tərəfdarlarına tətbiq olunan şiddəti qınayıb.
APA-nın Britaniya bürosunun verdiyi xəbərə görə, krallığın XİN rəhbəri Dominik Raab özünün "Twitter" səhifəsində rusiyalı bloggerin azad olunması tələbi ilə Rusiyanın müxtəlif regionlarında keçirilən aksiyalar zamanı dinc nümayişçilərə və jurnalistlərə qarşı şiddət tətbiq edilməsini tənqid edib.
"Britaniya rus səlahiyyətlilərinin dinc nümayişçilərə və jurnalistlərə qarşı şiddət tətbiq etməsini pisləyir. Biz Rusiya hökumətini Avropa Şurası və ATƏT-in insan hüquqları ilə bağlı beynəlxalq öhdəliklərinə hörmət etməyə və dinc nümayişlər zamanı həbs olunan vətəndaşları sərbəst buraxmağa çağırırıq",- deyə nazir qeyd edib.