• cümə, 19 Aprel, 16:48
  • Baku Bakı 25°C

Britaniya İcmalar Palatası “Brexit” üzrə qanun layihəsini qəbul edib

02.02.17 09:40 721
Britaniya İcmalar Palatası “Brexit” üzrə qanun layihəsini qəbul edib
Böyük Britaniyanın İcmalar Palatası "Brexit” üzrə qanun layihəsini ikinci oxunuşda qəbul edib.
APA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, qanun layihəsininlehinə 498, əleyhinə 114 palata üzvü səs verib.
Böyük Britaniyanın Avropa İttifaqından çıxmasına dair müzakirələr iki gün davam edib. Yekun səsvermənin fevralın 8-də keçiriləcəyi bildirilir.
Qeyd edək ki, ötən il, iyunun 23-də Böyük Britaniyada keçirilən referendumda əhalinin 52 faizi ölkənin Avropa İttifaqından çıxmasının lehinə səs verib.
banner

Oxşar Xəbərlər