• cümə, 19 Aprel, 22:49
  • Baku Bakı 24°C

Brilliantın “qudurmasınlar” sözünə cavab gəldi: “...deyə bilməz” - Qalmaqal

18.11.14 16:08 1249
Brilliantın “qudurmasınlar” sözünə cavab gəldi: “...deyə bilməz” - Qalmaqal
Xalq artisti Brilliant Dadaşovanın söylədiyi “duet oxuduqlarım qudurmasınlar. Gedib papaqlarını göyə atsınlar” fikirləri cavabsız qalmayıb. Lent.az-ın məlumatına görə, xalq artistinin bu sözlərinə bir zamanlar onunla duet ifa etmiş reper Anar Nağılbaz münasibət bildirib: “Ola bilsin ki, bu sözləri kimlərəsə şamil edib. Amma mənə heç vaxt deyə bilməz. Çünki ailəvi dostuq. Mən özüm də bir zamanlar kimlərəsə dəstək olmuşam. Bunu başıma qaxınc kimi vuranlar da olub. Brilliant xanımın öz yolu var. Özündən demək kimi çıxmasın, mənim də bu sənətdə öz dəsti xəttim var. Şükürlər olsun ki, bizdən görüb, götürənlər daha çoxdur. Brilliant xanım köhnə xüsusiyyətləri özündə saxlamağı xoşlayır. Ümumiyyətlə, biz ailədən görüb götürmüşük ki, böyüklərə hörmət edək. Brilliant xanımın sənəti böyükdür”.
Xatırladaq ki, B.Dadaşova ilə A.Nağılbaz “Mən səni sevirəm” adlı mahnını birgə ifa ediblər.
Onu da əlavə edək ki, B.Dadaşova duet ortaqları barədə danışarkən bu sözləri demişdi: "Mirzə dayı (Mirzə Babayev) ilə ifa mənə rahatdır. 86 yaşlı insanın səsi mükəmməldir. Heyf... Tamamilə peşəkar insanlarla - Akif İslamzadə, Mirzə dayı ilə duetlər oxumuşam. Məni qınayıb-inciyənlər, bu cür ifalardan sonra necə sizinlə duet oxuyum? Onlardan sonra etiraz etməyə üzüm gəlməyib deyə, sizinlə oxumuşam. Odur ki, duet oxuduqlarım qudurmasınlar. Gedib papaqlarını göyə atsınlar".
Qeyd edək ki, B.Dadaşova adları yuxarıda qeyd edilən müğənnilərdən başqa əməkdar artist Abbas Bağırovla “Sənsiz”, müğənni Samir Bağırovla isə “Yalvarıram” adlı mahnını ifa edib.
banner

Oxşar Xəbərlər