• çərşənbə axşamı, 19 mart, 06:42
  • Baku Bakı 8°C

Brilliant Dadaşova söz verdi

10.05.13 13:43 2082
Brilliant Dadaşova söz verdi
Milli.Az xəbər verir ki, Azərbaycanın xalq artisti Brilliant Dadaşova 20-25 il əvvəl oxuduğu mahnıları müasir aranjmanda yenidən dinləyicilərinə təqdim etmək üçün gününü səsyazma studiyalarında keçirir.
Bu barədə o, ATV-də tanınmış teleaparıcı Nanə Ağamalıyevanın təqdimatında yayımlanan “Gün keçir” verilişində açıqlama verib: “Pərəstişkarlarım yeni mahnılar oxumağımla yanaşı, illərdən bəri ifa etdiyim bəstələri yeni aranjmanda eşitmək istədiklərini deyirlər.
Onların arzusunu yerinə yetirmək üçün günümü səsyazma studiyalarında keçirirəm. “Arzular”, “Görür hicran”, “Hər şey gözəldir həyatda” mahnılarımı yenidən oxumuşam. Bu, hələ hamısı deyil. Pərəstişkarlarımın istəyi ilə yanaşı, özümün uşaqlıqda eşitdiyim mahnıları da ifa etməyi qarşıma məqsəd qoymuşam.
Onsuz da, məndən başqa bunu heç kim etməyəcək. Mərhum Şövkət Ələkbərova, Rəşid Behbudov və başqa ustadlarımızın ifasında sevdiyim əsərləri repertuarıma daxil edəcəyəm”.
banner

Oxşar Xəbərlər