• cümə, 29 Mart, 05:28
  • Baku Bakı 7°C

Brilliant Dadaşova ona “media meymunu“ dedi

27.05.13 13:51 3208
Brilliant Dadaşova ona “media meymunu“ dedi
Xalq artistləri Brilliant Dadaşova və Aygün Kazımova arasındakı qalmaqal getdikcə daha da şiddətlənib.
Axşam.az-ın məlumatına görə, müğənni “ATV maqazin” verilişində “konsertöncəsi piar” sözünə cavab verib:
“Mənim adım hansısa afişada varsa, həmin yerdə bilet qalmır. Mənim belə piarlara ehtiyacım yoxdur. Hətta sənətçi dostlarım bileti pulla alıblar.
Məni bu qalmaqalla bağlı on verilişə çağırıblarsa, cəmi birinə getmişəm. Əsl müğənninin hər yerdən başı çıxmaz. Hətta soyuducunu açanda da içindən müğənni başı çıxmaz. Sadəcə, media meymununun başı çıxar”.
Qeyd edək ki, bir müddət əvvəl xalq artisti Aygün Kazımova verilişlərin birində Brilliant Dadaşovanın qalmaqalla özünü konsertöncəsi reklam etməyə çalışdığını söyləmişdi.
banner

Oxşar Xəbərlər