• şənbə, 20 Aprel, 16:32
  • Baku Bakı 23°C

Brilliant Dadaşova həyat yoldaşından nəyi gizlədib?

26.08.13 13:57 1810
Brilliant Dadaşova həyat yoldaşından nəyi gizlədib?
Show.az xəbər verir ki, xalq artisti Brilliant Dadaşovanın həyat yoldaşı, Rus Dram Teatrının direktoru Ədalət Hacıyev müsahibələrinin birində ömür-gün yoldaşı haqqında açıqlama verib:
“Onunla tanış olanda bilmirdim ki, müğənnidir. Mənə demirdi. Onu da təsadüf nəticəsində öyrəndim. Bir dəfə evlərinə zəng edəndə bacısı götürdü. Dedi ki, Brilliant çəkilişdədir. Təəccübləndim, soruşdum ki, rəssamdır, nə çəkiliş?
Bacısı başa saldı ki, Zağulbada çəkilişdi. Məkanı dəqiqləşdirdim, getdim gördüm ki, Brilliant oxuyur. Məni görüb, həvəsləndi. Rejissor da zarafatca dedi ki, sən niyə çoxdan gəlmirdin? Bu Brilliantın ilk çəkilişi idi. Çəkiliş prosesi mənə elə maraqlı gəldi ki, bütün hirsim də soyudu”.
banner

Oxşar Xəbərlər