• cümə axşamı, 25 aprel, 14:37
  • Baku Bakı 23°C

Brilliant Dadaşova həmkarı ilə barışdı

28.12.13 13:28 3354
Brilliant Dadaşova həmkarı ilə barışdı
Xalq artisti Brilliant Dadaşova ilə müğənni Ramal İsrafilov arasındakı buzlar əriyib.
Axşam.az xəbər verir ki, “Aləm gözəl” mahnısı üstündə aralarında söz-söhbət yaranan ifaçılar uzun müddətdir ki, danışmırdı.
Bu həftə ATV telekanalında yayımlanan “Özünə bax” verilişinin bayram çəkilişində bir araya gələn məşhurlar barışıblar.
Ramal xalq artisti ilə çəkdirdiyi fotonu İnstagram səhifəsində paylaşıb.
Xatırladaq ki, Brilliant Dadaşova “Aləm gözəl” mahnısını öz istəyi ilə Ramala bəstələtdirdiyini bildirib. O, mahnını özəl olaraq oxumağı arzulasa da, bu baş tutmayıb. Brilliant Dadaşovadan əvvəl mahnının Ramal özü və əməkdar artist Abbas Bağırov səsləndirib.
banner

Oxşar Xəbərlər