• cümə axşamı, 25 aprel, 01:04
  • Baku Bakı 19°C

Brilliant Dadaşova da məşəl daşıyacaq

04.06.15 16:29 1676
Brilliant Dadaşova da məşəl daşıyacaq
Xalq artisti Brilliant Dadaşova yeni albomuna daxil olacaq mahnılarından birini təqdim edib. Lent.az-ın məlumatına görə, sözləri Teymur Elçinə, musiqisi Fikrət Əmirova aid olan "De görüm neyləmişəm" adlı mahnını müğənni yeni versiyada ifa edib.
Qeyd edək ki xalq artistinin yaxınlarda işıq üzü görəcək yeni albomunun digər mahnıları kimi, bu musiqi də Türkiyədə hazırlanıb. Musiqinin səs yazma prosesində balaban ifaçısı Alixan Səmədov da iştirak edib. Hazırda Türkiyədə albomun son tamamlanma işlərini görən müğənninin 1-ci Avropa Oyunları ərəfəsində vətənə qayıtması nəzərdə tutulur.
Belə ki Avropa oyunlarının məşəlinin Azərbaycan üzrə səyahətinin yekun günündə xalq artisti Brilliant Dadaşova Bakının mərkəzi hissəsində məşəl daşıyıcısı qismində beynəlxalq yarışa dəstək olacaq.
banner

Oxşar Xəbərlər