• cümə axşamı, 25 aprel, 02:06
  • Baku Bakı 19°C

Brilliant Dadaşova canlı efirdə ağladı

31.05.13 14:39 2150
Brilliant Dadaşova canlı efirdə ağladı
Xalq artisti Brilliant Dadaşova ATV telekanalının "Gün keçir" proqramında ağlayıb. Day.Az saytı bildirir ki, verilişin aparıcısı Nanə Ağamalıyeva Azərbaycanın xalq artisti Elmira Rəhimovanı telefon vasitəsi ilə canlı efirə qoşub. Elmira xanım telefon bağlantısı zamanı B.Dadaşovanın valideynləri haqqında danışıb.
"Mən, hədsiz dərəcədə sevdiyim, bir insan və Azərbaycan musiqisinin korifeyi kimi hörmət etdiyim Elmira xanımı eşidəndə ağladım. Onun üçün çox darıxmışam", - B.Dadaşova deyib.
Axşam.az-ın məlumatına görə, ATV telekanalında yayımlanan “Gün keçir” verilişinə qonaq olan müğənni konsertinə xalq artisti Elmira Rəhimovanın gəlməməsinə məyus olduğunu deyib:
“Çox istəyirdim ki, məni dinləyənlər arasında Elmira Rəhimova da olsun. Amma səhhətində problem olduğu üçün gələ bilmədi. Gələn il mütləq yenə solo konsert olacaq. Həmin gecəyə Elmira xanımı öz avtomobilimlə gətirəcəyəm”.
banner

Oxşar Xəbərlər